Zurnalarbenimiçinçalıyor

Zurnalarbenimiçinçalıyor
Böyük qardaş hər yerdədir
"Kipianinin nələr düşündüyünü öyrənib bizə gizlicə xəbər verəsiniz". Məktubu kənara atdı. "Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər"
Sayfa 327·Kitabı okudu
Alıntı
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Elə dərd də burasındadır ki, bir-birimizə kömək eləmirik. Qalxan yıxılana baxmır. Kim güclüdürsə, hər şeyi qamarlayıb alır. Biri var-dövlətini qoymağa yer tapmır, o biri acından ölür. Biri gecə-gündüz dəridən çıxıb işləyir, o biri at belində gəzir. - Bunlar hamısı Allahın işidir, a bala. - Allahın yox, bəndənin işidir. Allah heç vaxt göydən yerə enib bu torpaqları bölüşdürməyib.
Sayfa 261·Kitabı okudu
İnsan ve Toplum
Bilirsənmi, Salatın, oxumaq yaxşı şeydir. Adam çox şey öyrənir. Xasiyyəti də dəyişir. Mən oxumuş qızları görmüşəm. Onların paltarları da qəşəngdir, özləri də. Danışanda adam qulaq asmaqdan doymur. Əgər bizim qızlar oxusalar, onlardan da gözəl olarlar. - Ay qağa, heç elə şey olar? - Niyə olmur?
Sayfa 248·Kitabı okudu
Alıntı
- Uşaqlarınızdan neçəsini Qoriyə oxumağa apara bilərəm? - Ailələri razı olsa, altı-yeddi nəfər. - Yəni, deyirsiniz, bu işə etiraz edərlər? - Bilirsinizmi? - deyə Əhməd kədərli səslə sözünə davam etdi. - Bizim camaatın dərdi böyükdür. Ümumən, balaca millət olmaq bədbəxtlikdir. Hərə bir qapaz vurur, gözünü açmağa qoymur. Bir yandan da özümüzün satqınlarımız aman vermirlər. Siz bizim mollaları tanımırsınız. Onlar qoymurlar ki, camaat gözünü açsın.
Sayfa 127·Kitabı okudu
İnsan ve Toplum
Bu nə şübhədir? Nə üçün insanlar bir-birindən qorxub hürkürlər? Məgər müsəlman olmaq ingilis, yaxud rus olmaqdan pisdirmi? Bütün isanları Allah yaratmayıbmı? Onlar hamısı təbiətin övladı deyilmi? Bəs bu ayrı-seçkilik nə deməkdir? Kim insanlar arasında ögey-doğmalıq salıb? Axı nə üçün səhərdən axşama qədər bir parça çörək üçün yollarda fayton sürən bu rus kəndlisi tanımadığı xalq haqqında belə danışır? Bu işlərdə müqəssir kimdir? Kim insanların beyninə bu zəhəri yeritmişdir? Bizim dərdimiz çox böyükdür.
Sayfa 114·Kitabı okudu
İnsan ve Toplum