Zurnalarbenimiçinçalıyor

Zurnalarbenimiçinçalıyor
Yetərincə spoiler var)
8/10
·533 syf.··
2024 6. kitabı
"Kinyas və Kayra" bəlkə də Hakan Gündayın ən çox sevilən əsəri ola bilər, ancaq yazıçının oxuduğum dörd kitabı arasında mənim üçün üçüncü yerdə dayanır. "Daha" və "Ziyan"da, obrazların daxili qaranlığının kökünü anlamaq və onların faciələrinə inanmaq mümkün idi. Lakin bu kitabda nə onların daxili çalxantılarına, nə də mənəvi ölüm xəyallarının gerçəkliyinə inana bildim. Bəlkə də elə buna görə də hadisələrin içinə daxil ola bilmədim və obrazlarla bağ qurmaq mənim üçün çətin oldu. Roman, iki uşaqlıq dostunun bütün keçmişlərini geridə buraxıb Afrikaya köçmələrini, oradakı macəralarını və nəticədə yollarının ayrılmasını izah edir. İlk olaraq Kayranın hekayəsindən danışmaq istəyirəm. Kayra, illərlə ikisinin də ortaq arzusu olan mənəvi ölümünü həyata keçirmiş birisidir. Bu səbəbdən mənim üçün dəyərli olsa da bu, daxili pisliyinə məğlub olan və özünü dünyanın ən doğru insanı olaraq görən zavallı bir adam olduğu həqiqətini dəyişmir. Hətta kitabın irəliləyən hissələrində, bu müdhiş arzunu Kinyasın beyninə yeridənin də elə Kayra olduğunu düşünməyə başladım. Kinyas isə tamamilə əks bir yol seçmişdi; ailəsinin yanına qayıtmış, adi bir həyat yaşamağa çalışırdı. Bir Hakan Günday oxucusu olaraq, Kinyasın Tolgaya çevrilməsinə heç vaxt inanmadım. Obrazın bu qəfil dəyişikliyi tələsik, səthi bir son kimi hiss etdirdi. Açığı, bu dərin səyahətin daha güclü bir sonluqla bitəcəyini gözləyirdim. Hakan Günday hər əsərində sosial reallıqları sərt bir üslubla gözlər önünə sərir. Kitablarından ən çox zövq almağımın səbəbi də budur. Ancaq obrazların bir-birinə çox oxşaması ,məncə, əsərin orijinallığını zəiflədir. Sanki hər kitabda fərqli dünyalarda eyni obrazı yenidən oxuyuram. Bu hal isə hekayəni əvvəlcədən təxmin edilə bilən və adi edir. Yenə də, Gündayın sözlərlə ustalıqla oynayır bu
Kinyas ve KayraHakan Günday · Doğan Kitap · 202535,4bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·408 syf.··
2023 15. kitabı
Xarakterləri bir-birindən tamamilə fərqlənən amma bir-birlərini tamamlayan üç dostun atıldığı macəradan bəhs edilir kitabda. Kitab bu dostlardan biri olan Selimin dilindən yazılıb. Yazarın ətraflı təsviri ilə Beyoğlunun küçələrində gəzmiş,gəzərkən də Beyoğlunun tarixi,memarlığı haqqında çox şey öyrənmiş oldum. Romanın əsas hissəsi kitabın ortalarında başlayır. Yenə də axıcı maraqlı idi giriş hissəsi də. İndiyə qədər oxuduğum heç bir əsərdə belə "plot twist" görməmişdim. Sonluğu ilə məndə dərin iz buraxdı deyə bilərəm. Bəzi hissələrini keçərək oxusam da tövsiyə edirəm.
1K
Beyoğlu RapsodisiAhmet Ümit · Everest Yayınları · 201632,9bin okunma
İndiyə qədər oxuduğum ən zərif kitablardan biri
10/10
·128 syf.··
2023 9. kitabı
·
2 saatte okudu
·
Okunma: 06 Haziran 2023 22:24
Kitab evini axtaran uşağın yolunun köstəbək, tülkü və atla kəsişməsindən bəhs edir. Kitabdakı obrazların hər biri fərqli xarakteristik xüsusiyyətlərə sahibdir amma hər birində özünüzdən nələrsə tapacaqsınız. Kitab haqqında deyiləsi çox şey yoxdur,oxuyun oxutdurun. Balaca Şahzadə kitabını bəyəndinizsə,bunu da mütləq bəyənəcəksiniz. Kitabın eyniadlı animasiya filmi var onu da izləyə bilərsiniz
1000k
Çocuk, Köstebek, Tilki ve AtCharlie Mackesy · Mundi Yayınevi · 20215,7bin okunma
1920-ci illər Azərbaycanına səyahət
8/10
·208 syf.··
2023 6. kitabı
·
4 günde okudu
·
Okunma: 26 Şubat 2023 13:07
İsmayıl Şıxlının oxuduğum ikinci əsəri. Bu əsərdə Dəli Kür ilə çox oxşar motivlər(?) var idi. Hər iki əsər də bəhs edildiyi dövrün zehniyəti, mədəniyyəti, düşüncə tərzi, hakimiyyəti haqqında fikir sahibi olmağa imkan verir. Əsərdə xalqın maariflənməsi və ən əsas olaraq da ordu yaradılması məsələsinə yer verilmişdi. İsmayıl Şıxlının istifadə etdiyi geniş lüğət, dilin imkanlarından ustalıqla istifadə etməsi əsəri oxuyarkən mənə böyük zövq vermişdi. Əsərdə məni ən çox təəccübləndirən şərin belə soyuqqanlılıqla qarşılanması idi. Xeyir və şərin bir-birini izləməsini, demək olar ki, bütün əsər boyu müşahidə etdim. İsmayıl Şıxlının əsərlərində mənim üçün unudulmaz obrazlar olur. Bu əsərdə Ömər koxa vüqarın, müdrikliyin və qürurun, Güllü isə dözümün, soyuqqanlılığın və əsl Azərbaycan qadının simvoluna çevrildi.
1000Kitap
Ölən Dünyamİsmayıl Şıxlı · Qanun Nəşriyyatı · 2011399 okunma
Spoiler var
8/10
·208 syf.··
Beğendi
·
2023 4. kitabı
·
3 günde okudu
·
Okunma: 06 Şubat 2023 20:18
Osmanlı tarixinin bir hissəsi haqqında fərqli baxış bucağı qazandırıb, "ya belə olsa idi" deyə düşünməyə səbəb oldu. Ufkumu və dünya görüşümü genişləndirən kitablardan idi. Yiğit Gündüzün qardaşının qatillərinin kim olduğunu araşdırarkən çox qədim və güclü bir örgütlə qarşı-qarşıya qalmasından bəhs edən bu kitab tarixə xüsusi bir marağım olmasa belə zövq aldığım bir kitab oldu. Kitabda bəyənmədiyim bəzi yerlər var idi. Bunlardan birincisi məkan və xüsusilə də şəxslərin xarici görünüşünün təsvirlərinin az olması idi. Bəzi məkanları və şəxsləri xəyal etmək çətin oldu. Yenə də bu oxuma zövqünü çox da qaçıran bir faktor deyil. Ikincisi kitabın əvvəlindən bəri gücü,tarixi, qədimliyi haqqında mədhiyyələr düzülən ERKAN'ın şifrələri bu qədər asan çözülməməli idi. Daha qarmaşıq şifrələr gözləyirdim. Cildi də daha gözəl ola bilərdi məncə. Tarixi kurgu olduğu üçün hansı məlumatın kurgunun bir parçası hansının isə tarixi reallıq olduğunu araştırmaq önəmlidir. Oxuyarkən məkanları araşdırıb oxumağınız daha əyləncəli olardı. Dan Brown qələmini sevənlər üçün yaxşı seçim ola bilər
1000Kitap
Derin İmparatorlukOrkun Uçar · Altın Kitaplar · 2007341 okunma