Tədricən şüurlu şəkildə sevilməmək qorxunuzun əslində özünüz də bilmədən sevmək qorxusu olduğunu anlayacaqsınız. Sevmək zəmanət tələb etmədən üzərinizə öhdəlik götürmək, məhəbbətinizin sevdiyiniz insanda da sevgi yaratmaq qabiliyyətində olduğu ümidinə sona qədər təslim olmaq deməkdir. Sevgi inamın təsdiqidir və zəif insanın sevgisi də zəif olur.