Müəllifi Erik Bern olan bu kitab psixoloji faktlarla maraqlanmayan insanlar üçün oxuyarkən çox sıxılacağı bir kitabdır. Kitabda insanların gündəlik həyatda bilmədən oynadığı oyunlar və onların təsnifatları uzun formada yazılmışdır. Təsnifatların çoxusu olduqca qəliz və anlaşılmaz olduğuna görə kitabı 2-ci dəfə oxuduğum zaman əvvəlkinə nisbətən daha yaxşı anladım.
Hər bir oyun "valideyn","uşaq","böyük" eqo hallarının təsiri nəticəsində yaranır. Çoxu oyun uşaq zamanı yaşadığımız və hələdə fərqində olmadan təsirində qaldığımız hadisələr nəticəsində həyata keçir. 7 fərqli oyunlara aid fəsillər mövcuddur və hamısı müxtəlif insanların müxtəlif sahələrdə bilmədən oynaya biləcəyi oyunlardır. Oyunların məqsədi oyunu oynayanın "qurban" roluna girməli belə olsa sonda qazanaraq zövq yaşamasıdır.
İnsanları analiz etməyi sevən, çoxu zaman oyun oynamaqdan çox kənardan izləyərək müşahidə edən və yaxud istənilməyən manupulasiyalardan qaçmaq üçün məlumat toplamağı sevənlər üçün mükəmməldir. Eyniylə faktlara əsaslanan məlumatları oxumağı, onlara anlamağa çalışmağı sevən insanların sıxılmadan oxuyacağı kitabdır. Bundan əlavə olaraq insanın özünü daha yaxından tanımasınada kömək edir. Ətrafımızdakı insanların davranışlarının səbəblərindən əlavə olaraq öz davranışlarımızın səbəblərini göstərə biləcək vasitədir.
Tövsiyəm oxuduğunuz zaman hər oyunun, fəsili bitirdiyiniz zaman isə hər fəsilin ümumiləşdirilmiş, anladığınız formada xülasəsini çıxararaq qeyd eləmənizdir. Qeyd elədiyiniz hər bir not kitabı yenidən oxuduğunuzda hadisələrə fərqli bucaqlardan baxmaq imkanı verəcək.
Teatrşünaslıq üzrə təhsil alan bir tələbə olaraq kitabın mənə teatr sferasındada kömək elədiyini deyə bilərəm. Bu kitab mənə insanlarla olan münasibətlərimdən əlavə olaraq tamaşalardakı obrazların bir-biri, bəzəndə özüylə