Elə anlarda insana vaxt lazımdı. Tək qalmağa, düşünməyə, götür-qoy eləməyə… Bəzənsə, sadəcə, darıxmağa… Əlində olan bir nemətin dəyərini biımək üçün ondan uzaqlaşmaq lazımdı.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Eyni şeyləri düşünüb eyni şeyləri hiss etdiyimiz ağlıma gəlirdi. Ağzından çıxan hər söz, hər söhbət mənim hər gün özümlə danışdığım söhbətlər idi. Fikirlərimizin bu qədər çox üst-üstə düşdüyünü gördükcə təsadüflərə və sevgiyə inamım artırdı.
Həyatımız kimi onlarla rəngin yüzlərlə çaları…
Bir-birini əvəz edən bu rənglər ağdan qaraya doğru dəyişir, bəzən haradasa ortada kəsişir, boz rəngə çalırdı. Ağ-qara zolaqların məsamələrində isə yaşıl qırmızı, sarı rəngli milyonlarla dənəcik var idi. Gözlə görünməyəcək qədər xırda, görüb gözünü çəkə bilməyəcək qədər patlaq idi bu dənəciklər… Xoşbəxtlikdə bu dənəciklər kimi idi. Monoton keçən ağ-qara həyatımıza rəng qatan bir an, bir saniyə idi. Sonra uzun müddət o parlayan rənglərin xatirəsi ürəklərimizi isidirdi…
Atamla çox yaxın idim. Uşaq vaxtından həmişə onunla oynayar, danışar, dərdləşərdim. İşdən gəlməyini gözləyər, getdiyi hər yerdə arxasınca düşər, yanında oturardım. Deyilənə görə atama çox bənzəyirdim. Onun kimi xırdasümüklü, arıq, qaraşın idim. Bapbalaca ağzım və burnum, iri, tünd-qəhvəyi gözlərim və dalğalı saçlarım var idi. Görən deyirdi ki, atana çox bənzəyirsən, buna görə də xoşbəxt olacaqsan. Çünki atasına oxşayan qızların bəxti gözəl olur. Bu söhbətə çox inanmaq istəyirdim…