Bilmirəm niyə bizim ölkədə qadına əl qaldırmaq və onu aciz görmək bu qədər "məşhur" olub. Məncə, belə hərəkəti edən kişilərə ən ağır cəza verilməlidir. Əgər o qadın əvvəlcədən bilsəydi ki, sən sonradan onu döyəcəksən, heç vaxt səninlə o yola çıxmazdı.
Əgər sənin sözün kişi kimi keçmirsə və sən zəif, müdafiəsiz bir insana gücünü göstərirsənsə, əslində, ən çox əl qaldırılası insan elə sənsən. Belə insanlara ciddi dərs vermək lazımdır. Ümumiyyətlə, qadın anadır. Anaya qalxan əl, insanın öz anasına qalxan əl kimidir.
Əgər yola getmirsənsə, boşan və ya ayrı yollarla davam et. Amma qadın kimi dünyaya gözəllik, mərhəmət və həyat gətirən bir insana əl qaldırmaq kişiliyə xas olan bir hərəkət deyil.
Sözümü tək bir adama yox, ümumi olaraq deyirəm. Əgər səhv düşünürəmsə, özünüz düşünün: Boş yerə deməyiblər ki, insan düşünən varlıqdır. Hərəkətdən öncə yaxşı düşünmək lazımdır. Balaca bir hərəkət belə insanı ömrü boyu alçalda bilər. Necə ki, etdiyin min yaxşılıq bir pis hərəkətin kölgəsində yox ola bilər.