aghaeff.s

aghaeff.s
Смерть — это только начало.
Puan vermedi·431 syf.··
2025 25. kitabı
·
11 günde okudu
·
Okunma: 02 Ekim 2025 21:53
50 ci kitabım xeyirli olsun, hemişe bu kitabı almıb oxumaq istəyirdim aldım və oxudum, çox gözəl fikirlər və sübut lar var, düzdür inanc meselesinde neyese bağlı inanan insanı kitab deyişe bilmez onun görüşü başqa ola bilər, lakin mənim düşüncələrim ilə bəzi şeylər qane etdi məni, lakin Tanrı mənim üçün, Tanrı nə var nə yox deyil sadəcə bilinməzlikdir, hamının fikrinə hörmətlə yanaşıram lakin din mövzusu vs şeylər barədə insan olaraq bizə mübahisə yox əsas düzgün insan olmaq lazımdır, kitabda qeyd edildiyi kimi, dindar insanın piside var yaxşısıda dinsizde beledir.
Agnostisizm ve İlahi TragedyaDiamond Tema · Mitra Yayınevi · 2022602 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Puan vermedi·250 syf.··
2025 23. kitabı
·
11 günde okudu
·
Okunma: 17 Ağustos 2025 02:39
Kitab görüntüsü diqqət çəkdi dedim oxuyum, sadəcə qısa deyə bilərəm, tarixi bir kitabdır, yəni məhşur tanınmış adamların tarixi həyat hekayələri yazılıb, Vanqa, Escobar, Hitler. Vs tarixə marağı olanlar və yaxud, bu adamların həyat hekayəsi kimə marağlıdır oxuya bilər.
Gizli tarixİlham Tumas · Elm-təhsil Nəşriyyat Evi · 20103 okunma
Puan vermedi·192 syf.··
2025 20. kitabı
·
48 günde okudu
·
Okunma: 03 Temmuz 2025 23:31
Bilmirəm niyə psixoloji kitablar çoxu eyni tərzdə yazılıb, və bütün analizlər, travmalar, uşaqlıqdan, ailə tərbiyəsindən, təhsildən gəlir, nə qədər maraqım olasda psixolojiyaya hamı bilir ki bu şeylər bir çox mühitdə düz deyil, məncə sonradan əsas insanın özünü formalaşdırmasıdır.
İnsan OlmakEngin Geçtan · Metis Yayınları · 202533,5bin okunma
Puan vermedi·350 syf.··
2025 19. kitabı
·
34 günde okudu
·
Okunma: 20 Haziran 2025 00:28
Həmişə fəlsəfə tarixini oxumaq və daha geniş başa düşmək, filosofları tanımaq istəmişdim. Bu kitab isə mənə bunu əyləncəli, sevgi dolu bir şəkildə təqdim etdi. Kitab o qədər gözəl yazılıb ki, insan onu sevə-sevə oxuyur və asanlıqla anlayır. Bütün məşhur filosofların həyatı danışılır – roman şəklində olsa da, tarixi sübutlar və fəlsəfi düşüncələrlə zəngindir. Kitabda gənc bir qız və onun filosof müəllimi ilə birlikdə fəlsəfə dünyasına səyahət edilir. Fəlsəfənin nə olduğu, həyatın mənası, 'niyə varam?' kimi suallar üzərində düşünmək, bu kitabın əsas qayəsidir. Fəlsəfə başa düşməkdir, sual verməkdir, dərk etməkdir. Dekartın məşhur sözündə olduğu kimi: 'Düşünürəmsə, deməli varam.' Ən acı həqiqət isə budur ki, tarixdə çox sayda düşünən, gözəl insanlar haqsız yerə edam olunub. Ancaq onların yazdıqları fikirlər, kitablar və sözlər bu gün bizə çatırsa, çox xoşbəxt insanlarıq. Dünyaya bir dəfə gəlirik, fəlsəfə oxumadan yaşamaq məncə böyük itkidir. Fəlsəfə insana yalnız düşünməyi deyil, hiss etməyi və anlamanı da öyrədir."
Sofie'nin DünyasıJostein Gaarder · Pan Yayıncılık · 202043,7bin okunma
Puan vermedi·200 syf.··
2025 17. kitabı
·
5 günde okudu
·
Okunma: 07 Haziran 2025 14:09
Hər dəfə izlədiyim və düşüncələri maraqlı olan insan Orxan Şahbazovun axır ki kitabını oxudum və bitirdim. Kitab haqqında çox maraqlı fikirlərim var. Kitabda əsasən dörd mövzudan bəhs edilir: 1. Din 2. Mif 3. Fəlsəfə 4. Elm Bu dörd mövzunun birləşməsi və kitabda işlənməsi çox möhtəşəmdir. Kitabda ilk diqqətimi çəkən, şəhid olan qardaşını belə unutmaması və öz həyatından bəhs etməsi oldu. Çətinliklər içində bu yerə qədər gəlməsi böyük bir uğurdur. Kitab çox maraqlıdır – həm pozitiv, həm də təbii ki, bəzi sözlərə qarşı neqativ düşüncələrim var. Lakin həmin sözlərin hansı düşüncə ilə yazıldığını Orxan müəllimin özü daha yaxşı bilər. Sadəcə olaraq, mənə maraqlı gəldiyi üçün bu fikirləri paylaşmaq istəyirəm. Kitabda Azərbaycanda olan sistemdən, mədəniyyətdən bəhs etməsi, dilin vacibliyindən danışması, insan danışığının və sözlərə verdiyi mənanın böyük rol oynaması, ziddiyyət kimi məsələlər çox maraqlıdır. Sözün hansı mənada deyilməsinin belə böyük mənası var və bu, qarşıdakı insanın düşüncəsini dəyişə bilər. Bu, çox diqqətəlayiq bir məqamdır. Orxan müəllimin öz fəlsəfi və elmi fikirləri də maraqlı gəldi. Lakin "Neqativ sözlər hər şey zəhər kimidir, dozası vacibdir" fikri qəribə gəldi. Daha sonra "Mükəmməl insan yoxdur" və "İnanc" mövzularında da fikirlər var idi. İndi isə öz fikirlərimi paylaşmaq istəyirəm – təbii ki, hörmətlə yanaşıram, çünki bu, müəllifin öz düşüncəsidir və bu sözlərlə bağlı fərqli yanaşması ola bilər. “Hər şey dozası ilə” dedikdə, elə şeylər var ki, heç vaxt edilməməlidir – dozası olsa belə. “Mükəmməl insan yoxdur” fikrinə gəlincə, mənim düşüncəmə görə, insan yaradılış etibarilə ən mükəmməl varlıqdır və bunun üçün daima şükür etməlidir. Son olaraq “inanc” məsələsinə toxunmaq istəyirəm: məncə, insan hər hansı bir dinə inanmasa belə, Tanrıya və
ZiddOrxan Şahbaz · Mono · 202535 okunma