Aghayeva Sevda

Aghayeva Sevda
@aghayevasevda
Gözleriniz çok ses çıkarıyor albayım..
Bilirsən, başqalarının diqqət və səylərinə dəyər verməyən insandan zərərlisi yoxdur. Çünki o biganə insan öz hərəkəti ilə yaxşılıq etmək arzusunda olanları bu istəklərindən soyudur.
Duygu ve Düşünce
Reklam
İnsanın xəyallarında canlandırdığı arzular həmişə həyatda tamam başqa formada reallaşır. Məktəbdə oxuyarkən universitetə daxil olmaq barəsində düşünürük. Universitetə daxil olanda görürük ki, bu biz düşündüyümüz kimi deyilmiş. Qızlar evlilik, gözəl ər, romantik sevgi ilə dolu bir ailənin xəyalını qururlar. Onlar, əslində, özləri üçün müammadan ibarat olan bir şey barəsində düşünürlər. Xəyallarında o həyatı reallıqda olacağı kimi deyil, istədikləri formada canlandırırlar. Ora gedirlər, evliliyin elə ilk ayından böyük ümidsizlik yaşayırlar. Sən demə, evləndikləri oğlanın əvvəllər görmədikləri, yaxud da görmək istəmədikləri yüzlərlə mənfi xüsusiyyəti var imiş. Həmçinin anlayırlar ki, özləri da, düşündükləri kimi, hər şeyə dözməyə qadir deyillər. Başa düşürlər ki, evlilik elə də asan iş deyilmiş.
Duygu ve Düşünce
"Həyat öz yerini tapmaq üçün müxtəlif yerlərə baş çəkməkdan ibarətdir". Bir çoxları öz yerlərini tapmadan gedirlər. Yalnız bəzi insanlar öz yerlərinə yaxınlaşa bilir, çox azı isə hayatda özlərinə məxsus olan yerləri tapırlar.
Duygu ve Düşünce
"Həyatımızı Allah, əməllərimizi isə özümüz idarə edirik. Ona görə də əməllərimizdən başqa olanlara biz cavabdeh deyilik"
“Başımın üzərində uçan quşların belə həyatlarında bir hədəf, bir məna var. Onlardan daha şüurlu olan biz insanların həyatı niyə boşluq va mənasızlıq ucbatından məhv olmalıdır?”
Sayfa 70·Kitabı okudu
Duygu ve Düşünce
Reklam