İnsanlar həyatlarının nə zamansa bitəcəklərindən qorxurlar. Halbuki, onlar həyatlarının heç bir zaman başlamayacağından daha çox qorxmalıdırlar. Bir çoxları yaşamağa başlamamışdır. Başlamayan bir həyatın bitməsindən isə qorxmazlar.
Düşünürəm ki, hərdən qürurumuz xoşbəxt olmağımıza mane olur. O, xoşbəxtliyimizin qarşısına süni sədlər çəkir. Bəzilərimiz cəsarətimizi toplayib sədləri aşıra, bəzilərimiz isə bu sədlərin arxasında xoşbəxtliyimizdən ayrı düşmüş halda ömrümüzü başa vururuq.
Həyatı belə anlayıram ki, yolumuza çıxan insanlar səbəbsiz deyil. Bəziləri bizə dərs vermək üçün, bəziləri bizim dərs verməyimiz üçün, bəziləri bizə yardım etmək üçün, bəziləri isə bizim yardım etməyimiz üçün qarşımıza çıxırlar.
Mən həmişə insanları incitməkdən, onların xoşuna gəlməyən hərəkətlər etməkdən qorxmuşam. Fikir vermişəm, onlar isə mənim xətrimə dəyməkdan qətiyyən qorxmurlar.