Qəribədir, insanlar təhsil alarkən gözəl
gələcək haqda düşünürlər.
İşləməyə başlayanda onların ümidləri sarsılsa da ölmür. Ailə qurub uşaqları saxlayanda isə keçmiş arzular birdən-birə yada düşür. Axı onlar gənc illərində bu cür ev arzulamırdılar, axı təsəvvür etdikləri maşınları da belə deyildi, heç arvadları da uşaqları da belə olmalı deyilmiş. Beləcə, onlar həyatın acı həqiqətlər ilə barışıb növbəti şirin yalanlarla dolu xəyallar qurmağa davam edirlar. "On ilə hər şey düzələcək", "uşaqlar böyüyəndə hər şey düzələcək", "maaşlar artsa hər şey düzələcək", "pensiyaya çıxsam hər şey düzələcək". Nə yaxşı ki, insanlar hər şeyə öyrəşə bilir. Yoxsa onların yarıdan çoxu aglını itirərdi.