“Mənim həyat tərzim sizin xoşunuza gələ də bilər, xoşunuza gəlməyə də bilər, lakin mənim üçün bunun heç bir fərqi yoxdur: əgər məni tanımaq istəyirsinizsə, mənə hörmət etməlisiniz.”
Əgər məndən dinin nə olduğunu soruşsalar, mən deyərdim ki, bu, insanın ürək yaralarına qoyduğu məlhəmdir, bu labüd, daim dəyişən, nəhayətsiz şeydən gizlənmək üçün bir seyvandır. Biz hamımız nə isə şərtisizlik axtarırıq və tapmadıqda özümüz onu yaradırıq. Din sanki həyata bir daimi ünvan, yafta verir, lakin bu ancaq özünü aldatmadır. Biz yenidən zaman, boşluq və hüdudsuz idrak kimi köhnə problemlərə qayıdırıq, – lakin kimin idrakı? Ona görə ki, hər şey onunla qurtarır və biz dərk edə bilmədiyimiz hər şeyi ona istinad edirik.