mayılova

mayılova
@aisssha0
берегите в себе человека.
Şair necə deyib? Kim xoşbəxt olmağı istəməz, amma bədbəxt olmağa hazırsanmı?! Bax, mən "bədbəxt olmağa hazıram" deyənlərdənəm.
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
ㅤ"O cür" sözünün arxasında nə gizlənirdi? Necə baxmaq? Baxışlarda nə axtarırdıq: suallarımızın cavabını? Baxışla müəyyən etmək olsaydı, o zaman sözlərə ehtiyac qalardı? Bəlkə, doğrudan da, gözlərimiz hisslərimizin aynası idi.. Bəlkə, qarşımızdakı insanlar biz heç nə demədən də hər şeyi çox gözəl anlayırdılar.. Gizlətməyə çalışsaq da, gözlər daxili aləmimizi bütün çılpaqlığı ilə ortaya qoyurdu.. ㅤBəlkə də, sadəcə, çarəsiz qaldığımız, inanmaq istəmədiyimiz üçün təsəllini baxışlarda tapırdıq. "Sevmədiyi birinə o cür baxa bilməz", - deyirdik. Bəs, görəsən, o mənə necə baxırdı?!
Alıntı
︎ Qısqandığım şey bədənin deyildi əslində. Birinin sənə toxunması və ya saçlarını oxşaması deyildi. Hətta səni öpməs.. yox bunu çıxaq. Buna güzəştə gedə bilməzdim. Amma mən ən çox sənin sevgini qısqanırdım. Ən çox bu incidirdi hər zaman. Ehtimalı belə qorxudurdu məni. O qədər gözəl sevirdin ki.. Sən sevərkən o qədər gözəl dinləyirdin ki, səssizliyi.. O qədər gözəl baxırdın ki, bir insanın qəlbinə, ən yüksək təpədən.. Hər şeyi o qədər dəqiq görə bilirdin ki, ən dibə qədər.. Mən əslində sənin söhbətini qısqanırdım. Yalan yoxdu, söhbətlərin doyumsuz idi. Səninlə hər şeyi danışmaq olurdu çəkinmədən. Qınamazdın ki sən.. Günahkar bilməzdin ki.. Gülüşünü qısqanırdım əslində. Sobasız evimi isidən isti gülümsəməni. Ağlamağını qısqanırdım əslində biraz.. Dodağını büzməyini, çənənin titrəməsini və niyə ağladığını soruşanda çiyinlərini qaldırıb qaşlarını çatmağını. Mən.. Mən əslində bədənini qısqanırdım ən çox. Yaxşı, təslim oluram, yalan dedim.. Hər zərrəni qısqanırdım! Barmaqlarını, barmaq buğumlarını, bəlkə biraz qoxunu. Mən bəlkə biraz səni, daha çox özümü qısqanırdım.. Sənə sahib olmaq qısqanılmayacaq şey deyil ki...
Öldür məni, bir də insan olmaram!..
Bağışla, qapını döyə bilmirəm, Bağışla, "sevirəm" deyə bilmirəm, Özüm də bilmirəm niyə, bilmirəm, Bağışla, bağışla, məni bağışla.