Akhmadlii Fatima

10/10
·400 syf.··
2025 9. kitabı
·
11 günde okudu
·
Okunma: 14 Temmuz 2025 00:00
Evlənməyə hazırlaşan Nərminlə nişanlısı Fərhad qəfil ayrılır, bu ayrılıq ard-arda ölüm xəbərləri ilə daha dəhşətli bir hal almağa başlayır. Qatil öldürdüyü adamların ovcunda Nərminə sevgi məktubları göndərir.Cinayət axtarış şöbəsinin rəisi İmran,Nərminlə birlikdə məktubların sirrini açıb, qatili tapmağa çalışırlar Kitab sonuna qədər həyacanı çox yaxşı saxladı,çox maraqlı idi
1000Kitap
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024266 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·80 syf.··
Beğendi
·
2025 8. kitabı
·
1 saatte okudu
·
Okunma: 21 Haziran 2025 00:00
Əsər, xərçəng xəstəsi Oskardan bəhs edir, o xəstəxanada baxıcılardan biri olan Çəhrayı xanım-Roza nənə ilə dostluq edir. Roza nənə Oskar’a Allaha hər gün məktub yazmasını və bir şey diləməsini istəyir. Bununla yanaşı o Oskara 1 gününü 10 il kimi yaşa deyir. Oskar bu kiçicik ömründə aşiq olur, evlənir,ayrılır,barışır və beləliklə bütün duyğuları yaşamağa çalışır. O Allaha hər gün məktub yazır,duyğularını,iradlarını,suallarını ona açıq şəkildə bildirir və ən qısa zamanda onunla görüşməyi arzu edir. Əsər sizə həyatının son günlərini yaşayan 10 yaşlı bir uşağın gözündən görünəcək. Kiçik bir bədən içində necə də böyük mənalar daşıyır…
1000Kitap
Oskar və Çəhrayı XanımEric Emmanuel Schmitt · Qanun Nəşriyyatı · 2020689 okunma
9/10
·424 syf.··
Beğendi
·
2025 7. kitabı
·
30 günde okudu
·
Okunma: 13 Haziran 2025 11:44
Rövşən Abdullaoğlunun qələmindən yararlandığım 2ci kitab Relslər üzərinə uzanmış adam… İntihar etməyə qərar verən iki yad insanın yolu Kanadanın relsləri üzərində kəşisir. Əsər oxucunu bu 2 insanın keçmişinə aparır. Serb qızı Adriana ilə Bosniyalı oğlan Əmin’in tanışlığı və iki ölkənin düşman olmasına rəğmən, onların bir birinə olan eşqlərini oxuyuruq. Sevgi, fədakarlıq, xəyanət və Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi… Əsəri oxumağınızın və sevginin necə güclü bir qüvvə olduğunu anlamağınızı tövsiyə edirəm. Sevdiklərinizə onları sevdiyinizi gec olmadan bildirin, bunu onlara hiss etdirin. Yoxsa elə bir zaman gələcək ki, siz içinizdə tufanlar qopararcasına olan çox sözü deyə bilməyəcəksiniz və bunun peşmançılığı ömür boyu sizinlə olacaq Relslər Üzərinə Uzanmış Adam
1000Kitap
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
8/10
·490 syf.··
Beğendi
·
2025 4. kitabı
·
75 günde okudu
·
Okunma: 19 Nisan 2025 00:00
Martin İden romanı, işçi sinfindən olan bir gəncin, özünü yenidən yaratma hekayəsidir. Martin, zəngin ailədən olan Ruf Morz adlı qadına aşiq olur və bu eşq onu matrosluqdan yazıçılığa doğru aparır. Martin çox güclü iradəyə sahib idi, məni ən çox təsirləndirən də bu idi. Eşq uğruna girdiyi bu yol, eşqdən daha mənalı və dramatik idi. Gözyaşı töküləcək bir roman deyildi lakin gözyaşından daha artıq daxili bir arayışın gətirdiyi boşluq yaradırdı insanda. İnsan özünü, fikirlərini sorğulamadan dura bilmirdi. Məncə romana məna qatanda elə məhz budur.
1000Kitap
Martin İdenJack London · TEAS Press · 0135bin okunma
7/10
·224 syf.··
2025 2. kitabı
·
10 günde okudu
·
Okunma: 27 Ocak 2025 14:59
Əsər 2 gəncin ailələrə,hətta bütün dünyaya qarşı gəldiyi çalxantılı və acə hekayəsindən bəhs edir. Azərbaycan mentalitetinə uyğun yazılmış bir kitabdır. Sevgiyə qarşı çıxan ailələr,vəzifəli şəxslərin hər cür pisliyi rahatlıqla edə bildiyi,məcbur evliliklər,sevənləri ayıran şəxslərin olduğu bir əsər idi. Varis'in bundan yaxşı əsərləri var idi məncə Uzaqdan Gələn Yağış
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018494 okunma