Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əli

Əli
@ali_313
Eşqin yolları tikanlıdır, ayağın sevənlər bu yoldan geri qaldı.
Sabitlenmiş gönderi
...İmam Əli(ə.s.) buyurur ki, günahın bütün həzlərini dadmış bu bədənə itaətin əziyyətini daddır, dəymədüşərlikdən əl çək. Adam dəymədüşərliklə Allaha bəndə, ümumiyyətlə, insan ola bilməz. Dəymədüşər adam insan deyil. Oruc tutmaq sənə çətin gəlir? Məhz çətin olduğuna görə tut! Gecə səhərə kimi oyaq qalmaq sənə ağır gəlir? Məhz ağır gəldiyinə görə oyaq qal! Özünü bir müddət çətinliyə sal, ədəbləndir.
Sayfa 190Kitabı okudu
Reklam
Əli
@ali_313·Bir kitabı okumaya başladı
Hidayet Önderleri 9
Hidayet Önderleri 9Komisyon
10/10 · 4 okunma
Əli
@ali_313·Bir kitabı okumaya başladı
1984
1984George Orwell
8.6/10 · 166,1bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
Əli
@ali_313·Bir kitap okudu
250 syf.
·
Puan vermedi
·
10 günde okudu
Özünüdərk. Özünütərk
Özünüdərk. ÖzünütərkVüqar İsgəndərov
7/10 · 2 okunma
Reklam
İsgəndər kimi dünya hökmdarı, Diogeni ziyarət edərkən, qarşısında dayanıb "məndən nə istəyin var?" deyə sual verir. Diogen isə: "Kənara çəkil, günəşin qarşısını kəsmisən", deyə etinasız bir cavab verir. Bu hadisəni müşahidə edənlər içərisində hökmdarın sarayında xidmət edən Aristippus adında bir filosof İsgəndər oradan ayrıldıqdan sonra acıqlı şəkildə Diogenǝ deyir: "Bir balaca dilini şirin etsəydin, indi mərcimək yemək məcburiyyətində qalmazdın". Diogen isə əhvalını pozmadan və mərcimək yeməyə davam edərək: "Ay bədbəxt! Sən də mərcimək yeməklə qane olsaydın, hökmdarı mədh edəcək qədər alçalmazdın", - deyir.
Mümkündür ki, Allah rizasına görə ağa öz sürüsündən keçə, çoban isə çomağından keçməyə. Demək, qorxu varlı olmaq yox, bu vara bağlı olmaqdır.
Sayfa 155Kitabı okudu
Əli
@ali_313·Bir kitabı okumayı düşünüyor
Ölüme Meydan Okuyan Lider Şamil Basayev
Ölüme Meydan Okuyan Lider Şamil BasayevTaha Yusuf
9/10 · 72 okunma
Eramızdan dörd əsr əvvəl qədim yunan siyasətçisi və natiqi Esxin Afina məhkəməsində Demosfeni xəyanətdə, rüşvətxorluqda, xalqın zərərinə fəaliyyət göstərməkdə ittiham etmişdi. Çıxışın təsirinə düşmüş tamaşaçılar böyük hörmət göstərdikləri Demosfenə qəzəblənmişdilər. Onun həqiqətən xain olduğunu düşünməyə başlamışdılar. Məhkəmə Demosfenə söz verdi. O, Esxinin böyük rüşvət müqabilində Afinanın düşmənlərinə satıldığını bilirdi. Demosfen dedi: "Əgər mən, doğrudan da, Esxinin dediyi kimiyəmsə, onda nəyə görə vicdanlı və xalqı sevən Esxin bu on illik zərərli fəaliyyətimin müqabilində susub və mənim bu azğınlığıma göz yumub?" Bundan sonra Demosfen Esxinin ittihamlarına alternativ izahlar verməklə onu tamamilə məğlub etdi. Böyük cərimədən yaxa qurtarmaq üçün Esxin Rodos adasına qaçdı. Adanın sakinlərinin xahişi ilə Esxin onların hüzurunda Demosfenin əleyhinə dediyi nitqini təkrarladı. Çıxışdan təsirlənən yerli sakinlər Demosfenə hiddətləndilər. Onlar anlaya bilmirdilər, axı belə möhtəşəm və arqumental çıxışdan sonra hakimlər niyə Esxinin lehinə səs verməmişdilər? Esxin pərt halda cavab verdi: "Əgər siz Demosfeni də eşitsəydiniz, bu sualı verməzdiniz". İnsan belədir, eşitdiyindən, gördüyündən təsirlənərək dixotomik düşüncəyə meyil edir və başqa ehtimalları nəzərə ala bilmir.
Sayfa 100Kitabı okudu
Reklam
Qədim Yunanıstanın incəsənət, yaradıcılıq və ilham tanrısı Apollonun məbədinin üzərində, sizcə, nə yazılıb? Aydındır ki, bu söz bütün incəsənətin, yaradıcılığın sirlərini, ilhamın tükənməyən mənbəyini ehtiva edəcək. Sualın cavabı uzaqlarda deyil, özümüzdə gizlidir. ş Bütün yaradılışın sirri, həqiqətlərin mənbəyi, incəsənət də daxil olmaqla, bütün gözəlliklərin qaynağı özünü tanımaqdadır. Məbədin üzərindəki "Özünü tanı" çağırışı da insanı ən böyük həqiqətə yönəldən ən qədim nida hesab oluna bilər. Özünü tanımaq üçün ən önəmli məqamlardan biri hisslərin bir-birindən ayırd edilməsi, sağlam və yanlış həyəcanların fərqləndirilməsidir. Əmin olun ki, bu sizə həyatınızı dəyişəcək güc bəxş edəcək.
402 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.