Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Eramızdan dörd əsr əvvəl qədim yunan siyasətçisi və natiqi Esxin Afina məhkəməsində Demosfeni xəyanətdə, rüşvətxorluqda, xalqın zərərinə fəaliyyət göstərməkdə ittiham etmişdi. Çıxışın təsirinə düşmüş tamaşaçılar böyük hörmət göstərdikləri Demosfenə qəzəblənmişdilər. Onun həqiqətən xain olduğunu düşünməyə başlamışdılar. Məhkəmə Demosfenə söz verdi. O, Esxinin böyük rüşvət müqabilində Afinanın düşmənlərinə satıldığını bilirdi. Demosfen dedi: "Əgər mən, doğrudan da, Esxinin dediyi kimiyəmsə, onda nəyə görə vicdanlı və xalqı sevən Esxin bu on illik zərərli fəaliyyətimin müqabilində susub və mənim bu azğınlığıma göz yumub?" Bundan sonra Demosfen Esxinin ittihamlarına alternativ izahlar verməklə onu tamamilə məğlub etdi. Böyük cərimədən yaxa qurtarmaq üçün Esxin Rodos adasına qaçdı. Adanın sakinlərinin xahişi ilə Esxin onların hüzurunda Demosfenin əleyhinə dediyi nitqini təkrarladı. Çıxışdan təsirlənən yerli sakinlər Demosfenə hiddətləndilər. Onlar anlaya bilmirdilər, axı belə möhtəşəm və arqumental çıxışdan sonra hakimlər niyə Esxinin lehinə səs verməmişdilər? Esxin pərt halda cavab verdi: "Əgər siz Demosfeni də eşitsəydiniz, bu sualı verməzdiniz". İnsan belədir, eşitdiyindən, gördüyündən təsirlənərək dixotomik düşüncəyə meyil edir və başqa ehtimalları nəzərə ala bilmir.
Sayfa 100Kitabı okudu
·
54 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.