Ölməyə hazırlaşan qoca bir adam cavan oğlanı yanına çağırıb ona qəhrəmanlıq haqqında əhvalat danışır: müharibə vaxtı o, kimisə ölümdən xilas eləmişdi. O, həmin adama sığınacaq, yemək vermiş, onu qorumuşdu.
Xilas elədiyi adam təzədən təhlükəsiz yerdə olanda öz xilaskarını satmağı, onu düşmənin yanına aparmağı qərara alır.
– Siz necə qaçıb canınızı qurtardınız? – Cavan oğlan soruşdu.
– Mən qaçıb eləməmişəm. Satqın özüm idim, – qoca dilləndi. – Amma özümün, guya qəhrəman olduğum barədə əhvalatı danışanda onun məndən ötrü elədiklərinin hamısını anlaya bilirəm.