Əli M. Rahiloğlu

Əli M. Rahiloğlu
@alirahiloghlu
Baku Business University
Baku, Azerbaijan
18 Aralık 1998
15 okur puanı
Temmuz 2022 tarihinde katıldı
10/10
·112 syf.··
Beğendi
·
2023 1. kitabı
·
5 günde okudu
·
Okunma: 05 Nisan 2023 00:00
Hekayənin baş qəhrəmanı Conatan Livinqston adlı, uçmağı hər şeydən çox sevən, toplumunun təzyiqi və onlara ayaq uydurmaq basğısı ilə mübarizə aparan və yüksəyə, daha da yüksəyə ucalaraq kamilliyə çatmaq yanğısı ilə alışıb yanan bir qağayıdır. Ona görə uçmaq, nə qida əldə etmək, nə də bir nöqtədən digərinə varmaq ehtiyacıdır, ona görə uçmaq tam olaraq, azadlığın özüdür. Bu uğurda, daima öz bacarıqlarını və sərhədlərini zorlamağa çalışan qağayımız, potensialını reallaşdırmaq uğrunda durmadan qanad çalır və özünün daha üst halını inşa edir. Səmada sakitcə süzülmək, ildırım tək şığımaq və bədəni ilə ruhunun sirrlərinə vaqif olmaq üçün etdiyi uçuş təlimləri, onun həyatının məqsədini özündə ehtiva edir... Əsər, qağayılar təmsili ilə insan həyatına və bu həyatın nizamlarına incə amma qərarlı toxunuşlar etməyi bacarır. Özəlliklə də, əsərin üzərində durduğu əsas məsələ potensialı reallaşdırmaqdır. Əsər bu mövzuda, qəti və qərarlı bir şəkildə oxucuya öyüd verir. Çünki, insanın ümidlərini sındıran başlıca məfhumlardan biri, reallaşdıra bilmədiyi potensialıdır. İnsan da, bu potensial uğurunda addımlar atır. Bir digər məğz isə kamillik üzərinə əsərin çatdırmaq istədikləridir. Kitabda kamillik, uçmaq ilə bağlaşdırılıb. Uçmaq isə insanın özünü və həyatı anlama çabalarıdır. Kitabı oxuduqca digər qağayıların Conatan'a qarşı olan düşüncə dəyişimlərinə şahid oluruq. İlk başda onu öz aralarından afaroz edən həmin toplum, zaman keçdikcə Conatanı müqəddəsləşdirir, hətta ona sitayiş edirlər və sonda dəyər sərxoşluğundan onu əfsanələşdirərək unudurlar. Bu da toplumun, mahiyyətin mənasını necə də itirdiyini gözlər önünə sərir. Mahiyyət isə cisimdə deyildi, mahiyyət Conatan ideyası idi, onun kamillik yolunu işıqlandırması idi, insanların özünü və həyatı kəşf edərək, fərd olmasını
Qağayı Conatan LivinqstonRichard Bach · Parlaq İmzalar-Simurq Nəşriyyatı · 201980,2bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
İtaət və Başqaldırı
6/10
·456 syf.··
2022 1. kitabı
·
116 günde okudu
·
Okunma: 24 Eylül 2022 00:00
Kitab, Çar Rusiyasında 1905-ci il inqilabından əvvəlki yaxın keçmişi bizə əks etdirir və hekayəni, o dövrün toplumunun sürü düşüncəsi ilə mədəni süqut axınına qapılmağını, sənayeləşmənin gətirdiyi mexanikləşmənin insan üzərində təsirlərini və bunlarla mübarizəni mövzulardan bir qədər kənar olan lakin bütün bunları anlamağa çalışan bir ananın gözündən çatdırır. Əsər o dövrün və o coğrafiyanın şərtlərində atılmalı olan addımların nə olması ilə bağlı olaraq sizi düşünməyə vadar edir. Özəlliklə əsas personajların aktının səbəbləri aydın şəkildə əks olunub. Əsas da ana və oğlu arasındakı möhkəm, hörmətə və sevgiyə dayanan münasibət oxuyucuya dolğun şəkildə çatdırılıb. Roman olaraq ələ aldığım zaman kitabı bəyənsəm də əsər iqtisadi və siyasi fəsəfəsi ilə mənə xitab etmədi. Kasıblığa tərif edən və xüsusi mülkiyyəti pisləyən personajlar heç şübhəsiz ki, yazar Maksim Gorki 'nin sosialist düşüncəsinin təzahürüdür. İnsanlara bu kimi düşüncələri təbliğ etməyə çalışan yazarın İtaliyada villa sahibi olmuş olduğu gerçəyi də ayrı bir ironiyadır...
AnaMaksim Gorki · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201534,4bin okunma