ŞAİR
Ay “həsrət” kəlməsin yazanda görüm,
Barmaqların daşa dönəydi, şair!
Ümid körpüsünü söküb, tökəndə
Qolların yanına düşəydi, şair!
Haradan ağlına gəldi bu sözlər?
“Həsrət”, “ayrılıq”, “nisgil”, “qəm”, “kədər”
“Hicran” səni udsun, nə bilim nələr?
Bu acı sözləri neynirdin, şair?
Yandırıb, bağrımı eylədin köz-köz,
Deyirəm; həsrət çək, vüsalətə döz!
Deginən, başına qəhətdimi söz?
Dilin lal olaydı, susaydın, şair!!!
06.11.1994. Tərtər.
bu kitab da xowuma geldi ancaq yazarin en cox sevgi weirlerine vurgunam----- allah Mubarize rehmet elesin.... palmalinin prezidenti Mubarize de can sagligi.......