Təkbaşına qalan Yelizaveta bezmişdi. O, güzgünün qarşısında duraraq saatlarla tamaşa edər, özünə gənc məşuqlar tapardı. Hətta onlardan biri ilə qaçmış, lakin geri qayıdanda vecsiz əri tərəfindən əfv edilmişdi. Bununla belə, bu cür hal bir də yaşanmasın deyə, Yelizavetanın hökmlü qaynanası gəlib onlarda qalırdı.