Niyə hamı siqaretə fikir verir? Səncə, məni çəkdiyim siqaretin tüstüsü öldürər, yoxsa içimdəki dərdin tüstüsü?! Siqaretin tüstüsünü hamı görür, ancaq içimdə yanan dərdin tüstüsünü görən varmı?! Mənə demə ki, siqaret çəkmə! Çünki içimdə tüstüləyən dərd bundan da təhlükəlidir. Həkimlər də mənə siqaretin həyatım üçün təhlükəli olduğunu deyirlər, ancaq bilmirlər ki, çəkdiyim dərd bu siqaretdən də qorxuludur. Mənə içimdəki tüstünü söndürməyə kömək edin, yox bacarmırsınızsa, siqaretimə də toxunmayın.