Ayan Aminiko

Ayan Aminiko
@aminiko
SEV Sən sev, səni sevəni, seçibdi sevgi səni, Sevməyəni sevənlər sevgisidə suçludur.... Sevdiyini söyləyən seçibdi sevgisini, Sevgisin sezdirməyən sevgisində suçludur.... * * * Sevgi, sevib-sevilmək, sevənin sevincidir, Sevgi, sonsuz səxavət, sevdanın sonucudur, Sevgi, sona sərmayə, sabahın sulqucudur, Sevgisin sevdirməyən sevgisində suçludur.... * * * Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???? Sevməyəni sevməyi sədaqətmi sayırsız???? Sevdiyini, sevdirən sevgisində suçludur....
Sayfa 1 - dergi--http://senet.az/gozun-gozu/
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Gülən gözün gözəlliyi gözəldir, Gülən gözü görünməyən göz görər.... Gözün gülür, gözün gözü gülməyir, Gözdə gözü görünməyən göz görər.... * * * Gözü gözdən gözün gözü gizlədir, Gözdə gözü gözün gözü gizlədir, Gözün gözü gözümüzdə gizlidir, Gizli gözü görünməyən göz görər.... * * * Göygöz giryan, gözü gülməz, gülümsər, Gülən gözün gözü gözdən gülümsər, Gülməyən göz, gözə gözdən gülümsər, Giryan gözü görünməyən göz görər......
Sayfa 1 - "GÖZÜN GÖZÜ" https://www.facebook.com/zaur.ustac?pnref=story
"Qızıl dəmirçinin əlində ancaq, Uzağı ən nəfis bir nal olacaq...."
MÜTLƏQ İlahi nurundan pay alan gözəl, Görsən ki, nurundan pay alaq biz də... Lütf eylə, bu səmtə bir, pişvaza gəl, Görsən ki, hərarət qalmayıb, sözdə... Ay Yerin cəzbində, təşnə Günəşə, Bülbül Gülə möhtac, qəfəs nə işə? Adam lap, mat qalır inan, gərdişə, Görsə ki, ötəsi olur yüzün də... Zaur bir, qonaqdı, külli-cahana, Niyəti bəllidi, tək Yaradana, Sürünə-sürünə yetər murada, Görsə ki, taqəti yoxdu dizində...
Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html
GEDƏ BİLİRSƏNSƏ, GET - “... mən gedim...” ...Gedirsən, get, ancaq elə, get ki, arxanca izin qalmasın, bütün olub - keçənləri, özünlə apar!!! Yox əgər, sən getsən, bütün bunlar; ( olub-keçənlər ) qalsa, mənimlə döyünməz ürəyim, damarda qan donar!!! Getmək istəyirsən, elə, get ki, qəlbimdə yerin qalmasın, hər nə var, yaddaşımdan sil, apar!!! Qəlbimdə qaladığın , o, “ocağın” közü nə, külü də qoyma qala, o, “ocağın” yerini ürəyimdən, dart, qopar!!! Sən gedəndən sonra, elə, olmalıdır ki, sanki, heç nə olmayıb;
Sayfa 24 - "Məhdud həyatın məchul düşüncələri" kitap