Ferit Amiraslanov

Ferit Amiraslanov
@amiraslanff
Yüksek Lisans
Bakü
4 okur puanı
Ekim 2024 tarihinde katıldı
"Küçə həyatının ilkin qanunu budur.Nə olur olsun, öz qanından olsa belə heç kəsə güvənməməlisən.Ancaq bizim kimi axmaqlar qarşı tərəfin əlinə bıçaq verib onun bizi vurmayacağına güvənə bilərdi."
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
"İnsanlar hər zaman faciəni sevib.İnkar etsək də, etməsək də bu belədir.Bir faciə, bir də əyləncə.Bu iki zidd anlayış hər zaman dövlətin ən güclü iki silahı olub.Elə ta qədimdən. O vaxtlardan ki, Adəm övladı böyük meydanlara toplanıb edam olunan insanları gülərək alqışlayaraq izləyirdi. Elə o vaxtdan bəlli idi ki, insanların bu cür axmaq münasibətlərini mənimsəyən padşahlar, başçılar, prezidentlər öz güclərinin azlığını və ya çoxluğunu qara camaata çəkdirdikləri işgəncələrin növləri ilə ölçüblər.."
Alıntı
" Guya ki, bütün dünya haqqlının tərəfindədir.Guya hamı ancaq günahsızları sevir.Sənin xəbərin var bu gün dünyada neçə milyon insan Raskalnikovun fanatıdır ? Halbuki, o iki qadını da günahsız olduqları halda baltalamışdı."
Alıntı
"Heyvanlar o qədər də heyvan deyil. Yəni, sizin təxmin etdiyiniz qədər ağılsız deyillər. Məsələn, marallar dörd yaşında bir insanın zəkasına sahib olurlar. Bir. birlərinə bağlana bilirlər və gəzdikləri yerlərdəki bitkiləri əzməmək üçün diqqətlə yeriyirlər. Amma eyni zamanda onların buynuzlarında olan zərbə gücü hər özündən deyən insanda olmur. Yəni, heyvanları o qədər də xəfifə alma. Bir idmançı yetişdirmək üçün çox məşqçidən daha peşəkardırlar."
Alıntı
- Bəli, hər şey fikirlə başlayır, amma fikrin davam etməsi üçün hərəkət lazımdır! + Onda niyə dünyada uğur qazanmış insanlardan çox bədbəxt insan var? - Çünki çox insan gerçəkləşməsini istədiyi arzudan çox gerçəkləşməsini istəmədiyi şeylər haqqında düşünür.
Alıntı