Ferit Amiraslanov

Ferit Amiraslanov
@amiraslanff
Yüksek Lisans
Bakü
4 okur puanı
Ekim 2024 tarihinde katıldı
"Həyat dayanmadan təkrarlanan reinkarnasiya idi.Əvvəlcə yarandığın yerdən qovulur,sonra yenidən yaşamağa başlayır, böyüyür, çirklənir və yenidən cəmiyyət tərəfindən sıxışdırılıb kənarlaşdırılırdın."
Alıntı
Etimoloji Defteri
Mücellit Nedir ?
"Daha üstün bir varlığa çevrilmək üçün səhnə önündə biraz "ölməlisən”.. Səni bura gətirən şey təsadüf deyil götürü Şansından yaxşı istifadə et. Ətrafındaki insanları diqqətlə izlə. Onların hər davranışını, işlətdikləri sözləri, baş verən hansısa hadisəyə göstərdikləri münasibəti, aldıqları nəfəsi belə diqqətlə müşahidə et. Unutma, dünyada var olan hər insan sənin bir parçandır. Onların hər birində özünü görə bilərsən. Əgər bunu bacarsan, əgər onlara həqiqətən baxa bilsən, yaşaya biləcəyin bütün həyat növlərini görə biləcəksən. Bütün ehtimalları.. Bu istər həkim olsun, istər bir əyyaş.. İstər bir müəllim olsun, istər bir fəhlə.. Aynada özünü izləyirmişsən kimi onları izləyəcəksən..."
Alıntı
"Sənin həyatında heçnə yolunda deyildi.Özünü aldatmağı bir kənara burax.Ancaq qüsurlu olan bir şey dəyişilməyə can atır.Bir şey yaxşıdırsa, deməli, elə də qalacaq.Qüsurlu olan isə daima təkrarlanacaq, ta ki düzələnə qədər.Həyatının bir çox anında bütün pisliklər üst-üstə gəlirmiş kimi hiss edəcəksən.Tam aydınlığa çatırmışsan kimi edəndə yenə hər şey bərbad vəziyyətə düşəcək.Bu,həyatın sənə təkrar və təkrar verdiyi şanslardır.Amma elə vaxt gələcək ki, artıq istəsən də pis hadisə baş verməcəyək, çünki bütün çirklərdən təmizlənmiş olacaqsan və hər şey qaydasına düşəcək.Lakin bunun üçün səbrli olmalısan.Çünki gözəl olan bir şeyə çatmaq üçün nəsə qazanmaqdan çox, əlində olan lazımsız yüklərdən qurtulmaq daha vacibdir.Qüsursuzluq heç vaxt özünü təkrarlamaz,çünki daima daha yaxşıya can atacaq və özünü təkrarlamaq əvəzinə yeniləcəyək."
Alıntı
"Bir tufanın içinə düşmüşəm sanki..Hər şeyi darmadağın edən bir tufanın.Hər şey yolunda gedərkən.."
Alıntı
Bir çox insanın bağışlamaqla bağlı çətinlikləri var. Çünki bir çox insan bağışlamağın bir dəfəyə həll olunacaq bir şey olduğunu düşünür. Amma belə deyil. Bağışlamaq, bir çox mərtəbədən, ard-arda açılan qapılardan ibarətdir.Bağışlamaq, unutmaq və ya baş verən hansısa bir şeyi tamamilə göz ardı etmək, heçnə olmamış kimi yoluna davam etmək deyildir. Bunun üçün çox böyük bir vaxt lazımdır,amma əsas odur gözlərini yumub, "bunu bağışlamağı rədd edirəm!" deməyəsən.
Alıntı