Andre Morua. Seçilmiş əsərləri
7/10
·352 syf.··
Beğendi
·
2025 4. kitabı
·
30 günde okudu
·
Okunma: 12 Mart 2025 20:44
Seçilmiş Əsərləri kitabında milliyyətcə yəhudi olan, lakin sonradan fransız təbəəliyini qəbul etmiş yazıçı Andre Moruanın 1 romanı və 14 hekayəsi yer alır. Həmin roman "Yad qadına məktublar"dır və deyərdim ki, XX əsrin 50-ci illərində yazılmasına baxmayaraq, oradakı cümlələr, fikirlər və ideyalar bu günümüz üçün də keçərlidir. Bu əsər ən çox sevdiklərimdən oldu. Həm bu romanın, həm də digər hekayələrin fərdi dəyərləndirməsi aşağıdakı kimidir: 1. "Yad qadına məktublar" (roman) — 9.0 2. "Balzakın günahı ucbatından" (hekayə) — 8.8 3. "Bir karyeranın tarixçəsi" (hekayə) — 7.8 4. "Vəsiyyətnamə" (hekayə) — 7.8 5. "Məşhurluğun yaranması" (hekayə) — 7.6 6. "Çərşənbə gününün bənövşələri" (hekayə) — 7.6 7. "Bioqrafiya" (hekayə) — 7.6 8. "Qızıl pulun qarğışı" (hekayə) — 7.6 9. "Neyi yarmarkası" (hekayə) — 7.4 10. "Kilsə" (hekayə) — 6.8 11. "Love in Exile" (hekayə) — 6.6 12. "Bacım, Ariadna" (hekayə) — 6.4 13. "Mirrina" (hekayə) — 5.6 14. "Axşamın xeyir, gözəlim" (hekayə) — 5.6 15. "Qarışqalar" (hekayə) — 4.8 Bu kitab üçün ortalama dəyərləndirmə xalım: 7.2
Seçilmiş ƏsərləriAndre Maurois · Şərq-Qərb Nəşriyyatı · 20139 okunma
Puan vermedi·
Andre Morua " Yad qadına məktublar" əsəri elə bir yaradıcılıq nümunesi deyil ki, oxudum bitdi deyesen. Men eyni mektubu bir neçe defe oxumuşam. Yanlış anlaşılmasın başa düşmediyimden deyil tam tərsi adama hər dəfə fərqli dərs verdiyinden. "Alıntılar" paylaşmaq istedim. Axı bir məktubun hər cümlesin alıntı etmek olmaz . Bəzən bir şeyi şişirtmək yanlışdır qarşıdakı o gözlenti ile başlayib lezzet almaz. Amma elə bir əsərdiki zövq almamaq mümkün deyil. Sadece oxuyun. Elde edin oxuyun. İstediyiniz məktubun açıb oxuya bilersiniz. Çünki hər biri sanki ayrı bir əsərdir. Xoş mütalieler. ( Ve her mektubda ferqli yazıçıların ve eserlerinin adın qeyd edib,alıntı gətiribki yeni oxuyacağınız kitaba yol gösterir)
Edebiyat
Yad Qadına MəktublarAndre Maurois · Qanun Nəşriyyatı · 202360 okunma
Reklam
9/10
·240 syf.··
2021 33. kitabı
·
4 günde okudu
·
Okunma: 14 Mart 2021 11:48
Elə kitablar var ki, bütün xanımların oxumasını istəyirəm. Çünki düşünürəm ki, əksəriyyətimizin yol verdiyi səhvlər eynidir. Andre Morua kişi nöqteyi nəzərindən xüsusilə xanımların və həmçinin də, kişilərin cəmiyyətdə, sevgi münasibətlərində etdiyi səhvləri öz baxış bucağından qiymətləndirir, xüsusi diqqət edilməli məsələləri ustalıqla xırdalayır. Kitabın dilinin sadə olması onu hər kəs üçün əlçatan edir, sanki yaşlı bir müdriklə söhbət edirsən. Əsər yazıçının xəyalında təsvir etdiyi, tanımadığı qadına yazdığı, müəyyən məsələlərlə bağlı öz fikirlərini cəmləşdirdiyi məktubların toplusudur. Fikrimcə “yad qadın” deyərkən elə bütün tanımadığı xanımlara müraciət edir. Razılaşmadığım 1-2 nüans oldu, əsərin 1956’da yazılmasını nəzərə alsaq bu günə uyğunlaşmaması normaldır. Morua’nın fransız ədəbiyyatında “düha” sayılacaq yazıçılar haqqında qeydlərini xüsusilə bəyəndim, özümçün gələcəkdə oxuyacağım fransız klassiklərini müəyyənləşdirdim. “Querida! Əlvida”
Edebiyat
Yad Qadına MəktublarAndre Maurois · Qanun Nəşriyyatı · 202360 okunma
9/10
·250 syf.··
2019 107. kitabı
Kitabı əlimə alanda belə bir qeyri adi əsərlə qarşılacağımı gözləmirdim. Eyniadlı əsər Stefan Sveyqin də olduğundan, onun kimi bir əsər gözləyirdim, məni yanıltdı bu anlamda da. Kitab, sərf elədiyim hər anıyla mənə böyük zövq verdi, həm də Andre Moruanı kitabxanımın fəxri üzvlərdən birinə çevirdi. Əsl adı Emile Salomon Wilhelm Herzog olan yazıçının adı, 1947.ci ilin 27 aprelində Fransa prezidentinin rəsmi qərarı ilə "Herzog"dan "André Morua"ya çevrildi. Andre Morua ədəbiyyat tarixində esseləri, bioqrafik, tarixi mövzulara həsr elədiyi əsərlərlə özünəməxsus iz salmışdır. Andre Morua 1949.cu ildə Cənubi Amerika səyahətinə çıxır. Tək çıxdığı (həyat yoldaşı yanında olmadan) səyahətdə əsərlərini ispan dilinə tərcümə eləyən María de los Dolores Checa Garçía y Rivera adlı ağllı, savadlı, dünyagörüşlü xanıma aşiq olur. 20 gün davam edən eşq hekayəsi sonrasında Andre Morua "Marita" adını verdiyi bu xanıma 54 məktub və 11 şeir yazmışdır. Bu məktublar sonralar yazıçının həyat yoldaşının istəyilə çap olunmuş və beləliklə, "Yad qadına məktublar" əsəri ərsəyə gəlmişdir. Əsər insan cəmiyyətini düşündürən, narahat edən bütün mətləblərə toxunmuşdur. Şəxsiyyət onun formalaşması, özünü reallaşdırması, bütün tərəfləriylə sevgi, qadın şəxsiyyəti, azadlığı, təhsili, iş həyatı, uşaq tərbiyəsi, incəsənət məsələləri mütaliə mədəniyyəti, və s. və s. Bu əsəri qadın-kişi münasibətlərindən bəhs eləyən əsər kimi dəyərləndirirlər, ancaq mən deyərdim ki, belə bir qəlibə sığışmayacaq qədər dərin əsərdir. Az sözlə çox məna ifadə etmək. Bu, çox yazıçının bacara bilmədiyi bir xüsusiyyətdir ki, Andre Morua bunun öhdəsindən layiqincə gəlmişdir. Əsər psixoloji məqamlarıyla da diqqət çəkir. "Yad qadına məktublar" 56 essedən ibarətdir. Esselər böyük çoxluqla "naməlum qadına" mürəciətlə başlayır və
1000Kitap
Yad Qadına MəktublarAndre Maurois · Qanun Nəşriyyatı · 202360 okunma