Narmina

Narmina

, bir kitap okudu
5/10
·322 syf.·
2022 51. kitabı
Charles Bukowski
7.3/10 · 4.251 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
-Hə, nədir,- o dedi, -qorxursunuz? -Daha elə də yox. Siz mənim xoşuma gəlirsiniz. -Həyatda fotoşəkillərdə olduğunuzdan daha yaxşı görünürsünüz, -Mindi dedi. -Siz də mənə heç də çirkin gəlmədiniz. -Sağ olun. -Aaa, mən heç də sizin yaraşıqlı olduğunuzu demək istəmədim, yəni insanların yaraşıqlı deyəndə nə anladıqları mənada yox. Sizin üzünüzdə xeyirxah bir ifadə var. Gözləriniz isə - gözləriniz çox, xüsusilə gözəldir. Onlar yanan meşədən baxan yırtıcı heyvanın gözləri kimi vəhşi və dəlisovdur. İlahi hə, nəsə buna bənzər bir şey demək istəyirdim. Fikrimi sözlərlə ifadə etməkdə elə də məharətli deyiləm. -Sizin çox gözəl olduğunuzu düşünürəm, - mən dedim. -Və çox sevimlisiniz. Sizin yanınızda özümü olduqca xoşbəxt hiss edirəm. Məncə yaxşı ki, biz indi birlikdəyik. İçkinizi bitirin. Biz bir-bir də içməliyik. Siz yazdığınız məktublara bənzəyirsiniz. Biz ikinci qədəhləri də boşaldandan sonra baqajı almaq üçün bardan çıxdıq. Mindi ilə yanaşı yürüməkdən fəxarət hissi keçirirdim. Onun gəzişində də xüsusi bir tərz vardı. Ağır yük vurulmuş canlılar kimi yöndəmsiz şəkildə hərəkət edən o qədər gözəl qamətli qadınlar var ki, Mindinin yerişi isə axına bənzəyirdi. "Bu həqiqət olmaq üçün həddən artıq yaxşıdır",- fikri heç cür başımdan çıxmırdı. Real həyatda bu cür olmur. Charles Bukowski - Qadınlar
Müzakirə incəsənəti
Sokratın sənətinin əsas cəhəti budur ki, o, insanları öyrətmək istəmirdi. Əksinə, onunla danışanlardan nə isə öyrənmək istəyən bir insan təəssüratı yaradırdı. Ənənəvi məktəb müəllimləri kimi mühazirə oxumaqdansa, müzakirə aparırdı! Aydın məsələdir ki, Sokratın işi yalnız başqalarını dinləməklə məhdudlaşsaydı, o, məşhur filosof olmazdı. Elə olsaydı, heç onu ölümə də məhkum etməzdilər. O, söhbətə başlamaq üçün ortaya sadəlövh bir sual atırdı. Rəqibi cavab verirdi. Sokrat onun cavabına növbəti sualla qarşılıq verirdi. Rəqiblərini arqumentlərinin zəifliyini etiraf etməyə vadar edən bu növbəti suallar onları küncə dirəyirdi, axırda başa düşürdülər ki, nə doğru, nə yanlışdır. Sokratın anası mamaça olub. Sokrat özü haqqında deyirmiş ki, onun da sənəti mamaçalıq kimidir. Mamaça özü uşaq doğmur, uşağın doğulmasına kömək edir. Sokrat öz işini insanların dərketməni "doğmasına" kömək etməkdə görürdü. Zira, əsl dərketmə daxildən gəlir. Onu başqası adama pa verə bilməz. Və yalnız daxildən gələn anlama əsl dərketməyə aparıb çıxara bilər. İcazə ver, bunu bir qədər də aydınlaşdırım. Doğmaq təbii xüsusiyyətdir. Fəlsəfi həqiqətləri qavramaq da təbiidir, bunu hamı edə bilər, sadəcə, öz daxili mühakimələeini işlətməlidirlər. Daxili mühakimədən istifadə etmək öz daxilinə əl uzatmaq, orada mövcud olanlardan yararlanmaq dəməkdir.
"İkimiz də keçmişi dəyişə bilmərik. Olanları, kimi sevdiyimizi, etdiklərimizi geri ala bilmərik. Necə ki, indi olduğumuz vəziyyəti dəyişdirə bilmədiyimiz kimi. Məncə həyat köhnə və yeni xatirələrdən ibarət olan gülməli bir şeydir. Bəzən yan-yana olan kublar bir-birinə uyğunlaşmır amma ortaya çıxan şeyə bütün olaraq baxdığın zaman bir şəkildə hamısı biri-birini tamamlayır." Sarah Jio - kəpənək adası