Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
• Dürüst bir insan nə yolundan azar, nə əmanətə xəyanət edər, nə vəzifədən sui-istifadə edər, nə də insanlara zərər yetirər. Romalıların bir atalar sözü var: "Dürüstlük ən böyük sərvətdir".
Tövhid insanın həyatında dürüstlüklə əldə edilən xarakter bütünlüyü şəklində təzahür edir. Əgər "Tanrı insanı öz surətində xəlq edibsə", demək ki, insanın dürüstlüyü Allahın bir təcəllisidir.
Reklam
Həzrət Məhəmməd dürüstlüyü ilə şöhrət tapmışdı. "Dürüstlük" bütün müsəlmanların xarakterik xüsusiyyəti olsa da, elə bil Həzrət Məhəmmədin əyninə biçilmişdi. Çünki "dürüstlük" mükəmməl cüzlərdən ibarət mükəmməl bir küll deməkdir. Müsəlmanların bir sözü var "İnsanlar daşlara bənzər, Həzrət Məhəmməd isə o daşların arasında parlayan bir yaqutdur".
Heç bir bədəvi çadırına gələn qonağı narazı yola salmaq və ya “xəsis", "əlibərk" damğası ilə yaşamaq istəməzdi. Bu məsələdə hamı eyni düşüncədədir, çünki bədəvilərdə kasıblıq utanılası bir şey deyildir. Qonağı üçün olan-qalan son quzusunu və ya oğlağını kəsib süfrəyə gətirən yoxsul bədəvi müsafirinə cavan dəvə ətindən qızartma yedirən varlı sürü sahibindən qat-qat çox hörmət qazanırdı. Bədəvi nimdaş və əşyasız çadırda yaşasa da, var-dövləti bir-iki qoyun və keçidən ibarət olsa da, uşaqları ac-yalavac gəzsə də, qonaqpərvərlik məziyyətini əldən verməz. Bir atalar sözündə deyilir ki, cins madyanı qaçışına görə ayıblamaq olmaz.
Bir-biri ilə yaxından bağlı olan və üst-üstə düşən bu (yuxarıdakı) üç vəzifəni yerinə yetirmək üçün yüksək qabiliyyət tələb olunur. Burada "xidmət" düşüncəsi də vacib əsaslardan biridir. Həzrət Məhəmməd “Xalqın lideri ona xidmət edəndir" düsturunu yaxşı bilirdi. Bunun sadə bir nümunəsini bir səfərdə səhabəsinə xidmət edərək göstərmişdi.
Heç kim aqil (ağıllı) doğulmur, ancaq lider aqil olur. Ağıl bacarıq, icra və dərrakədən ibarətdir. Fəzilət ağacdan düzəldilən ərəb kamanı kimi üç elementdən meydana gəlir: zəka (fəhm), səriştə və gözəl əxlaq.
Reklam
Bir karvana rəhbərlik etmək və ya hansısa bir sahədə lider olmaq güclü mühakimə qabiliyyəti və praktiki zəka (fərasəti) tələb edir. Belə ki, lider gərək hadisələrin nəticələrini əvvəlcədən təxmin etməyi bacarsın, nəticəyə görə düzgün qərarlar versin, qərarlarında qətiyyətli və sabitqədəm olsun.
Sizə idarəçi və ya komandirlik vəzifəsini verə bilərlər, ancaq insanlar bunu ağıl və qəlbləri ilə qəbul edənədək siz lider sayılmırsınız.
• Lider həmişə öndə olmalıdır. Həyatda və ünsiyyətdə lider bəzən sürünün arxasından gələn çoban kimi illah da ön sıralarda addımlamaq məcburiyyətində deyildir. Əsl lider mənən toplumun qabağında irəliləyən, yəni toplumu ən öndən idarə edən şəxsdir.
Problemin herhangi bir cephesinden çok kuvvetlice odaklanmamak en faydalı tavsiyedir. Problem üzerinde genel olarak düşünmeyi öğrenmelisiniz; tıpkı delil bulmak için, problem alanını tarayan bir bilim adamı gibi.
Sayfa 63
585 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.