Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
'Tanrım bana çiçek dolu bir bahçe ve kitap dolu bir ev ver.' Konfüçyüs
"Bir kelime kararını, bir duygu hayatını, bir insan seni değiştirebilir." *
Reklam
Təkəbbürlü insanlar özlərini həddən artıq dəyərli saydıqlarına görə çiyinlərinə layiq olmadıqları güc və səlahiyyəti götürürlər. Əksinə, təvazökar insanlar lazım olan şeyləri bilir, lazım olmayanları bilmirlər. Bacarıq və qabiliyyətlərinin sərhədlərini yaxşı anlayırlar. Hansı işi bacardıqlarını və ya bacarmadıqlarını düzgün müəyyənləşdirirlər. Nəticə etibarilə, məsləhət və tövsiyələrə ehtiyacları olmasa belə əhəmiyyət verirlər.
Sayfa 107Kitabı okudu
Latın dilində təvazökarlıq (humility) sözünün kökü "humus (torpaq)"dır. Bu dildə insan (homu-hominis) sözünün kökü də "humus"dur. Necə deyərlər, torpaqdan gəldik, torpağa dönəsiyik. Anqlosakson dilində "təvazökarlıq" mənası "lowly" sözü ilə ifadə olunur. Təvazökarlıq və ya sadəlik nə artıq-nə əskik "Mən insanam!" söyləməkdir. Bu, ilahlıq iddiasından fərsəx-fərsəx uzaq olmaq deməkdir.
Sayfa 106Kitabı okudu
Vəzifənin/məqamın da, biliyin də öz gücü var. Həqiqi güc bilikli insanda olur. Xalqın dərdlərinə şərik olmaq isə liderə yüksək bir fəzilət ərməğan edir ki, o da mənəvi gücdür.
Həzrət Məhəmməd gündəlik ev işləri də daxil olmaqla hər cür işi görməyə həmişə hazırdı. Ona xidmət edən Ənəs ibn Malik deyir: "Mən ona xidmət etmək əvəzinə, daha çox o mənə xidmət edirdi! Heç vaxt mənə qəzəblənməz, əsla sərt rəftar etməzdi".
Reklam
Adamlar xalqa xidmət edən insanları lider hesab edirlər. Habukii əsl lider xalqa deyil, həqiqətə xidmət edəndir (Uilyam Batler Yets).
Nadürüst lider "kor çoban"a bənzəyir. Onlar pis lider deyillər, çünki heç lider də deyillər. Onlar xalqı yolundan azdıranlardır. Taleyi belələrinin ümidinə qalan bir xalqın vay halına! Bir ibrani atalar sözündə deyilir: "Tanrı sürünü cəzalandırmaq istəyəndə başına kor çoban qoyur".
Etibar ruha bənzər. Bir dəfə getdimi, əbədiyyən qayıtmaz (Katull, Roma şairi, e.ə. 84-54).
• Doğruluq olmasa, etibar qalmaz. İdarə etdiyiniz insanların yanında etibarınızı itirmək istəyirsinizsə, aşağıdakı davranışlardan birini edin: namussuzluq, aldatmaq, yalançılıq, ikiüzlülük və ya fırıldaqçılıq.
585 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.