Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Sanki otuz üç katlı gökdelen gibi bir şey, içinde yıkılıyor da kimse sesini duymuyor.
Sayfa 11 - Uzam
Kaş səni tanımayaydım. Kaş qəlbim daşa dönəydi. Kaş heç sən olmayaydın. Kaş olmayaydın. Kaş hər şeyi bir silgiylə silib yox etmək olaydı...Yox, yox, kaş əllərin olaydım. Gözlərin olaydım. Kaş ürəyin olaydım. Kaş nəfəs alıb-verən ciyərlərin olaydım. Kaş mən sən olaydım. Kaş sən də mən olaydın. Kaş biz bir olaydıq - bir bədəndə iki ruh!..
Sayfa 116Kitabı okudu
Reklam
Bir adam ki tanınmır, deməli, heç yoxdur. Varsa da, təkcə özü üçün var, başqaları üçün yox. Özü üçün var olan insan isə kimsəsizdir, yalqızdır. Və mən yalqızlıqdan çox qorxuram.
Əgər özümdən sonra bir iz qoyub getməsəm, mənim nə vaxtsa mövcud olduğumdan gələcəkdə necə xəbərdar olacaqlar? Əgər başqaları izlərimi görməsələr, deməli, mən heç yox imişəm. Amma mən yox olmaq istəmirəm. Həyatda bir qələt qarışdırmamış itib-getmək istəmirəm. Mən həyatdan heç bir qələt eləməmiş gedən faydasız insanlar kimi rədd ola bilmərəm. İstəmirəm bəşər tarixində səmərəsiz bir nöqtə olum.
"Mən sirrəm."
"Yaxınlaşdıqda qəlbim sanki köksümdən qopub çıxdı. Sözləri, kəlmələri, fəlsəfələri, kitabları, xətkeşləri, kağızları, məyusluğu, qaranlığı, qorxunu, pərişanlığı, dumanı, çəni, sükutu, yaranı, sıxıntını, qürbəti, qəm-kədəri, qum dənəciklərini qəlbimdən silib-süpürdüyünü, qaralama kağızlar kimi göyə sovurub, fırtınada gözdən itdiyini mən görürdüm. Ev boşalmışdı. Ev aydınlanmışdı. Sakit, bir o qədər də yüngül olmuşdu. Və sən qəlbimə düşdün. "Sən nəsən?" - soruşdum. "Mən sirrəm", - dedin."
Sayfa 132 - Parlaq İmzalarKitabı okudu
"Tələsik gəldin! Dedim, get! Getmədin, yenə qapını toxmaqla döyəclədin. Bəsdir, get! Bura sıxlıqdır, tünlükdür, dedim. Sənə uyğun bir yer deyil. Getmədin. Oturub ağladın. Yanaqların islananadək ağladın. Sonra qapını açıb dedim: "Bax, gör necə basırıqdır!" Sən öz gözlərinlə gördün, fizika, fəlsəfə, incəsənət, məntiq, kitab, dərgi, qəzet, xətkeş, kompüter, kağız-kuğuz, səslər, sözlər, kəlmələr, tənhalıq, qəhər, yara, hüzn, məyusluq, qəriblik, sıxıntı, göz yaşı, pərişanlıq, meh, duman, çən, sis, qaranlıq, sükut, qorxu və kədərin necə bir-birinə qarışdığını və qəlbin necə darmadağın olduğunu gözlərinlə gördün."
Sayfa 132 - Parlaq İmzalarKitabı okudu
Reklam
"Ah, bəzən aşağılar yüksəkliklərdən nə qədər gözəlmiş!"
Sayfa 129 - Parlaq İmzalarKitabı okudu
Bu dünyada öz yüklərini daşıya bilməyən insanlara həmişə yazığım gəlib. Cəhalətləri üzündən, varlığın dərki bir yana, onları yoxsulluq, xəstəlik, ölüm kimi böyük müsibətləri anlamayacaq hala gətirən aciz və çarəsiz kimsələrə ürəyim yanır.
Sayfa 128 - Parlaq İmzalarKitabı okudu
"...Səsin Sahibi isə: "Məni tapmaq üçün çöllərə düşmək gərək deyil ki! Mən sizin açılan süfrənizdə, ananızın üzündəki cizgilərdəyəm", - demişdi. Mən nənənizin öskürəklərində, babanızın alnındakı qırışlardayam. Doğan bir qadının iniltisindəyəm mən. Kasıbların işləməkdən cadar-cadar olmuş əllərinin qabarındayam. Mən onları səfalət
Sayfa 126 - Parlaq İmzalarKitabı okudu
"Qərarsız qaldı. Yuxarı çıxdı. Zirvəyə qalxdı. Lap zirvəyə. Amma bu da kafi deyildi. O qədər yüksəkliyə çıxdı ki, görünməz oldu, bu da yetmǝdi ona. Sonra özündə qərq oldu. Kiçildikcə kiçildi və çıxdığı o yüksəklikdən atdı özünü. Məhv oldu".
Sayfa 123 - Parlaq İmzalarKitabı okudu
155 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.