Gönderi

"...Səsin Sahibi isə: "Məni tapmaq üçün çöllərə düşmək gərək deyil ki! Mən sizin açılan süfrənizdə, ananızın üzündəki cizgilərdəyəm", - demişdi. Mən nənənizin öskürəklərində, babanızın alnındakı qırışlardayam. Doğan bir qadının iniltisindəyəm mən. Kasıbların işləməkdən cadar-cadar olmuş əllərinin qabarındayam. Mən onları səfalət girdabından xilas edəcək ağ atlı oğlanın yolunu gözləyən ərlik qızların arzularındayam. Xəstə körpəsini həkimdən-həkimə gəzdirən cibiboş, xəcalətli ataların eynəyinin qalın şüşələrindən baxan kədərli gözlərindəyəm. Küçənin ortasında bir pozan üstündə qovğa edən iki məktəblinin qəlbindəyəm man. Evə əliboş qayıtmalı olan, amma arvadından, körpələrindən xəcalət çəkən kişinin qəlbindəyəm. Gecə işdən evə qayıdan ərinin əllərini mazutlu gördükdə sevinən təmirçi arvadının könül çırpıntılarındayam. Əlləri mazuta bulaşmadığı gün evə boynubükük qayıdıb, daxmanın bir küncündə acqarına yatmaq istəyən, amma arvadının uşaqlarına elǝ hey: "Allah böyükdür! Allaha pənah! İndi yatın, sabah dadlı yeməklər bişirəcəm..." - dediyini eşidib, yuxusu ərşə çəkilən ərin ürəyinin sızıltısındayam. Mənim varlığımın isbatına çalışan, lakin bacarmayan zavallı filosofun fikirlərindəyəm. Mən gecənin xəlvətini dünyaya dəyişməyən abidin davamlı ibadətindəyəm. Haqsız yerə şillə yeyən, amma xəcalətindən ağlaya bilməyən bir adamın qan çanağına dönmüş gözlərindəyəm. Oğlunun qana bələnmiş cəsədi cəbhədən gətiriləndə eləcə onun gözlərinə baxan, yanaqlarına yaşlar süzülən bir atanın çəkdiyi dərddəyəm. Su yerinə, boğazına ox sancılan altı aylıq bir körpənin təşnəlikdən cadarlanmış dilindəyəm. O körpəni elə halda anasına apara bilməyən sinəsidağlı atanın utancındayam. Şəhidlərin məzarına atılan torpaqdayam. Atasının yoxluğu üzündən ağlar qalan, yetimliyin nə demək olduğunu hələ anlamayan bir körpənin göz yaşlarındayam. Mən insanların tənhalığındayam. Çarəsizliyindəyəm. "Neylǝyim, necə eləyim"lərindəyəm. Uşaqların bayram axşamlarındakı sevincindəyəm. Gəlinlərin səadətində, dul qadınların bitmək bilməyən qəmindəyəm. Körpələrin oyunlarındayam. Sədaqətdəyəm. Səfadayam. Paklıqdayam. Tövbədəyəm - daim pozulan və təkrarlanan tövbələrdə. Günahlardan duyulan peşmanlıqdayam. Mənə qayıdışdayam. Yol verilən xətalardayam. "Bir də olmayacaq, söz verirəm, bundan belə ağıllı olacağam"lardayam. "Səni sevirəm"- lərdəyəm..."
Sayfa 126 - Parlaq İmzalarKitabı okudu
·
30 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.