"Məşədi İslam bir də ona görə məsələni ayırd edə bilmirdi ki, nədən belə ağıllı adamlar özlərinə bir yaxşı ad tapa bilməyiblər. O, fikirləşirdi: «Məndən soruşsaydılar, gül kimi ad qoyardım. Nə balşavet qoyardım, nə azadlıq, nə millət, nə də ki, hürriyyət. Qoyardım «ədalət». Onu da bəyənməsələr, qoyardım «düz iş» ya da ki, «haqq yol»."