yupiter

yupiter
@asmshukurova
xoşuma gələn sətirləri paylaşıram. boxd.it/igbTh
Deliliğin ilk belirtisi kendi kafanla konuşmaktır.
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Mən küsüb gedirəm... Qoy hamı qalsın, Mən küsüb gedirəm bu yer üzündən. Oğulam-qoy dərdim anama qalsın, Atayam-qoy balam küssün özündən. Dünya ucuz saydı, ya baha bildi?! Nə satan tapıldı,nə alan məni. Nə Allah dünyaya bağlaya bildi, Nə atam, nə anam, nə balam məni. İlahi, səndən də sındı ürəyim, məni küsdürənin yekəsi sənsən. Dünyanın ən uzaq... ələ gəlməyən, boğazdan keçməyən tikəsi sənsən. Mən sənin yanına uça bilərdim. uçmuram, beləcə küsüb gedirəm. Mən sənin sirrini aça bilərdim, açmıram, beləcə susub gedirəm, Yandırıb gedirəm bu varağı da, bu şerin külünü kim oxuyacaq? Söndürüb gedirəm bu çırağı da,- məni qaranlıqda itirmə anacaq. İlahi, küssəm də, səninəm yenə, gözün axıracan üstümdə olsun. Bu sonsuz dünyanın son nöqtəsinə gedib çıxanacan üstümdə olsun....
Ramiz Rövşən "Dünya qəfil işıqlansa" Qəfil gün doğsa bir gecə, Dünya düm ağ işıqlansa; Şəhər-şəhər, küçə-küçə, Otaq-otaq işıqlansa, Görərik kimlərin əli kimlərin cibindən çıxır. Kimlər əyilə-əyilə kimlərin evindən çıxır. Qəfil gün doğsa bir gecə, Min-min gizli günah görsək, Üstünü örtə bilməsə, Bu dünyanı çılpaq görsək, Başımıza hava gələr, ağlımız çaşar bəlkə də. Hamı birdən baş götürüb dünyadan qaçar bəlkə də. Bu dünyada bəs kim qalar, Kim böyüdər, uşaqları?!. ...Nə yaxşı ki, bu dünyamız Yavaş-yavaş işıqlanır...
Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq. Volter
Mən özüm-özümü sevən adamdım. İndi sevgiyə də özgələşmişəm.. Mən dərddən qaçardım,qəmdən qaçardım, Indi tənhalığa çox öyrəşmişəm.. Kim deyir gülüşlər fikri boğurmuş, Mənim fikirlərim boğula bilmir... Xoşbəxtlikdan xoşbəxtlik doğulan dünyada, Mənim səadətim doğula bilmir..