“Mən kiməm?”, “Könülsüz olmaz”
10/10
·143 syf.·
2025 3. kitabı
Kitabda Əhməd bəy Ağaoğlunun ədəbi-bədii, etik-fəlsəfi, tarixi və elmi-tənqidi yazıları ilə yanaşı, müxtəlif mövzularda yazdığı məqalələr də yer alır. Bunlara “Azad ölkənin insanları”, “İslam, Axund və Hatifülqeyb”, “Mən kiməm?”, “Tanrı dağında”, “Cəlal Nuri bay kimdir?”, “Bakı, 8 dekabr”, “Şablon kölələri”, “Şiə dinində məzdəki inancları”, “Milli şüur” və digər dəyərli əsərlər daxildir. Kitabın geniş məzmunu səbəbilə burada fikirlərimi hissə-hissə, qısa şəkildə ifadə etmək istəyirəm. Əhməd bəy Ağaoğlu kimdir? Əhməd bəyi necə tanıdım? Əhməd bəy Ağaoğlu (1869–1939) Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, jurnalisti və milli azadlıq hərəkatının öncüllərindən biridir. O, xalqın maariflənməsi və müasir Azərbaycanın formalaşması uğrunda mübarizə apararaq həm tarixi, həm də mədəniyyəti dərindən zənginləşdirmişdir. Dövrünün ən mühüm intellektual fiqurlarından biri olan Əhməd bəy yalnız jurnalist deyil, həm də güclü bir fikir adamı idi. Onun adını ilk dəfə məktəb illərində eşitmişdim, lakin təəssüf ki, dərin məlumat verilmirdi. Onun əsərləri ilə tanışlığım “Füyuzat” dərgisindəki yazılardan başladı. İlk oxuduğum kitabı isə Üç Mədəniyyət oldu. Hər nə qədər tərcüməsi qüsurlu olsa da, məndə böyük maraq oyatdı. Onun ideyalarının gücü və səmimiyyəti məni həm tariximizi, həm də özümü yenidən dərk etməyə vadar etdi. Əhməd bəyin yazılarını oxumaq, yalnız tarixi öyrənmək deyil, həm də insanın mənəvi inkişaf yolunda addım atmaq kimi hiss edilir. “Mən kiməm?” – İnsan varlığının fəlsəfəsi Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” əsəri mənim üçün xüsusi bir önəm daşıyır. İlk dəfə başlığı oxuduqda bu sadə sual içimlə çölümü bir-birinə salmışdı: “Sən kimsən?” Kitabı oxumağa başladıqda, oxucu insanın özünü tanıma yolundakı çətinlikləri və ziddiyyətləri dərk etməyə başlayır. Əhməd bəyin
1000Kitap
Mən Kiməm?Ahmet Ağaoğlu · Azərbaycan Dövlət Tərcümə Mərkəzi · 201941 okunma
Puan vermedi·132 syf.··
2022 73. kitabı
·
13 saatte okudu
·
Okunma: 24 Haziran 2022 11:25
Qaraqanın kitabları həqiqətən bir başqadır, baxmayaraqki yazarın oxuduğum ikinci kitabı oldu. Burada yerə enən mələk üzərindən ona edilən rəftara dayalı olaraq millətdəki ümumi problemlərə toxunulur. Tipik rüşvətxor ailə, özbaşına məmurlar və azğın övladları, məmurların əlaltısı olan polislər, öz təbliğ etdiyi dini mövzulara inanmayan axund... Və bunların ən başında yer alan, oyanmaq istəməyib sadəcə şəxsi mənfətlərini güdən XALQ.
Edebiyat
MələkQaraqan · Əli və Nino Nəşriyyatı · 20122,008 okunma