Aysel Məmmədova

Puan vermedi·216 syf.··
2021 6. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Mart 2021 18:27
Anam sənə əmanət... Maraqlı, axıcı kitabdır. Ananın həyatını oxuduqca görürsən ki insan öz xəyallarını, arzularını da nəzərə almalıdır, həyatını heç kimə, hətta övladlarına görə belə qurban verməməlidir, canını qurban verə bilərsən ama həyatını əsla. Digər obrazların düşüncələrini oxuduqca isə həqiqətən hiss edirsən ki insanların qədrini o ya olmayanda, ya da səndən uzaqda olanda bilirsən. Süjet xətti maraqlıdır, amma kitabda nəsə qarışıqlıq var idi, sanki. Düşünürəm ki, yəqin tərcüməyə görə bu qarışıqlıq yaranıb.
Anam Sənə ƏmanətKyung-sook Shin · Yənbu · 2019359 okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
10/10
·152 syf.··
Beğendi
·
2021 1. kitabı
·
23 saatte okudu
·
Okunma: 02 Ocak 2021 17:04
Repressiya qurbanı olan şəxslərdən, şairlərdən biri Mikayıl Müşfiq necə də möhtəşəm biri imiş. Xatirələri oxuduqca insan kaş Müşfiqin yaşadığı dövrdə yaşayardım, onun şagirdi, qohumu, dostu olaydım, deyir. Təsəvvür edin Müşfiq ədəbiyyat müəlliminizdir və siz onun öz dilindən şeirlərini dinləyirsiniz. Şair qəlbi kövrək olur deyirlər, həqiqətən də M.Müşfiq necə kövrək qəlbə sahib bir insan imiş. Dostuna, aşinasına duyduğu hörmət, sevgi necə də gözəl, həyat yoldaşı Dilbər Axundzadəyə duyduğu məhəbbət, ona yazdığı şeirlər bir kəlmə ilə möhtəşəm imiş. Kaş daha çox yaşayardı və daha çox yazıb yaradardı.
Müşfiqli GünlərimDilbər Axundzadə · Kitab Klubu Nəşriyyatı · 2019420 okunma