Abdulla nə vaxtsa atanın yelləncəkdə yelləndiyini təsəvvürünə gətirə bilmirdi. Bir vaxtlar ata da onun kimi balaca oğlan olmuşdu. Ama bunu ağıla gətirmək çətin idi. Oğlan. Qayğısız, atılıb-düşən. Birlikdə oyun oynadığı uşaqlarla bayırda qaçan. İndi isə atanın əlləri qabar-qabar olmuş, üzünü dərin yorğunluq qırışları kəsmişdi. Sanki ata əlində bel, dırnaqlarının altında palçıqla doğulmuşdu.