Bəlkə də sevir, nə bilmək olar?
Bəlkə də hər gecə röyası mənəm.
Hərdən ağladıb, hərdən güldürən,
Dünya içində dünyası mənəm.
Qəlbimdə yerin bilməyir bəlkə,
Eşqindən utanır, deməyir bəlkə.
Sevgisini aşkar etməyir bəlkə,
Bəlkə də ən böyük sevdası mənəm.
Ah, bu suallar qəlbimi alıb,
Ah, bu suallar cavabsız qalıb.
Bəlkə də hərdən həsrətə salıb,
Qəlbini incidən yarası mənəm.
Bəlkə də hərdən kövrəlib axan,
Könlüm hərdən yandırıb, yaxan.
Sevsə də, gözümə laqeyd baxan,
Qara gözünün qarası mənəm.
#şeir #poeziya #sevgi #yaralıqəlblər #bəlkədesevir