Aysha Muradova

Aysha Muradova
@ayshamrdd
Bir okurun günlüğü
8/10
·208 syf.··
Beğendi
·
2026 1. kitabı
·
2 saatte okudu
·
Okunma: 14 Nisan 2026 02:21
Bu kitabı oxuyanda yaşadığımız , içində olduğumuz bu həyata kinim daha da arttı. Sorğuladım.. Tanrının niyə dünyanı bu qədər ədalətsiz qurduğunu, niyə kasıblara kömək etmədiyini, o savaşlarda canicəsinə öldürülən insanları niyə görmədiyini, uşaqların fəryadını niyə duymadığını sorğuladım. Və sonra bu düşüncələrim üçün özümə nifrət ettim. Bilmirəm.. duyğularım qarışıqdı. Suallarım cavabsızdır. Kitab mənə həyatın nə qədər zalım olduğunu bir daha xatırlatdı. Və bu zülümlər qarşısında bizim əlimizdən bir şey gəlməməyinə, əlacsız xalqa üzüldüm. Trajedik hadisələr.. və bu hadisələrin həqiqətən var olmağı.. Kitabı oxumağı məsləhət görürəm. Gözümüzün biraz açılmağı üçün..
Zencilerin de Saçları BeyazlarAura Nebula · Sokak Kitapları Yayınları · 20179 okunma
Reklam
6/10
·400 syf.··
2024 1. kitabı
·
15 günde okudu
·
Okunma: 08 Şubat 2024 03:34
sözün açığl hər kəs kimi kitabı tərifləməyəcəm. Maraqlı əsərdir, amma həyatımda hərhansısa qalıcı təsir bağışlamadı. Sonunu belə gözləmirdim açığı, təxminlərimin hamısında yazıçı məni yanılttı. Sadəcə əsər çox, boş yerə, yerli yersiz uzadılıb. Vaxtım itti deməyəcəm, çalışdım kitabdan həzz ala ala oxuyum, aramla, yavaş yavaş. Və bəli, kitabın keyfini çıxardım, amma gözləntimin qarşılığını almadığım üçün də məyus oldum :(
Edebiyat-Düşünce
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,7bin okunma
7/10
·336 syf.··
2023 6. kitabı
·
8 günde okudu
·
Okunma: 02 Temmuz 2023 03:41
‘Üfüqün əks tərəfi’ Marc Levy ilə ilk tanışlığımdır. Elmi fantastik əsərlər məni cəlb etmir əslində. Fantastikanın zatən mümkünsüzlüyünü bilirəm və oxumaqla vaxt itirirmişəm kimi düşünürəm. Amma bu əsərlə ‘mümkünsüzlüyü’ düşünüb öz xəyal gücümüzün pik dərəcədə böyüklüyü ilə razılaşdım. İnsan həqiqətən ən ali varlıqdır. Olmazları olduran, buna gücü çatan bir varlıq. Bundan əlavə romanda sevgi çox sarsıdıcı və duyğunlandırıcı dərəcədə hekayə olunur. Ümid edirəm ki, bir gün hamımız Hop və Coş’un sevgisi kimi bir sevgiylə qarşılaşarıq..
Düşünce
Üfüqün Əks TərəfiMarc Levy · Qanun Nəşriyyatı · 2018330 okunma
3/10
·504 syf.··
Beğendi
·
2023 5. kitabı
·
34 günde okudu
·
Okunma: 24 Haziran 2023 23:32
Bilmirəm nə deyim, xəyal qırıqlığımı hansı sözlərlə ifadə edim. Amma ki əgər siz də mənim kimi Xalid Hüseyni’nin digər iki möhtəşəm əsərini oxumusunuzsa, bu kitab sizin üçün, sadəcə, bir xəyal qırıqlığı olacaq. Sujet xəttləri o qədər qarışıq və darmadağındır ki, sanki yazıçı öz etdiyi səhvi necə etsə də toparlaya bilməyib. Məsləhət görərdim ki, Xalid Hüseyni’ni ‘Çərpələng uçuran’ və ‘Min Möhtəşəm Günəş’ əsəri ilə tanıyasınız. Yalnız bu zaman sizin ürəyinizdə yazıçıya dərin məhəbbət yaranacaq. ‘Və dağlardan səda gəldi’ əsərində isə əsas fikir düzgün çatdırıla bilmir. Təəssüf edirəm..
Düşünce
Ve Dağlardan Səda GəldiKhaled Hosseini · Qanun Nəşriyyatı · 201341,9bin okunma
Sağlam bədəndə olan xəstə ruhlar..
9/10
·404 syf.··
Beğendi
·
2023 4. kitabı
·
37 günde okudu
·
Okunma: 20 Mayıs 2023 13:52
Mən istərdim ki, bir neçə kəlmə ilə digər dedektiv romanlardan nə ilə fərqləndiyini açıqlayım. Düzünü desəm dedektiv romanları oxumaq mənim üçün bir azca mənasızlaşmışdı. Çünki sıradan bir qətl və sıradan bizi təəccübləndirən qatil. Amma ‘xəstə ruhlar’ dedektiv janrlı kitab şəxsən mənə milli dəyərlərimizi, ermənilərin necə mənfur, murdar bir xalq olduğunu, ta keçmişdən hər zaman bizə yaltaqlıq edib əslində isə hər an arxamızdan bıçaqlamağa hazır olduqlarını, 37ci il repressiya zamanı ziyalı ailələrin, şəxslərin sırf ‘pantürkist’ düşüncələri adı altında savadından, dirçəliş etməsindən qorxaraq rus çar imperiyasının onları sürgün etməsi, sıradan çıxarmasını, türklərin hər zaman necə igid, qorxusuz, namuslu olduğunu daha canlı şəkildə düşünməyimə yardım etdi. Kitabı oxuyarkən insan dərin düşüncələrə dalır. Deyərdim ki Elxan Elatlının ən uğurlu əsərlərinin başında gələrdi ‘Xəstə ruhlar’.
Edebiyat-Düşünce
Xəstə RuhlarElhan Elatlı · Teass Press Nəşriyyatı · 2020563 okunma
Reklam