Həmişə kitab yazmaq arzusunda olmuşam, amma nədənsə...Mənə elə gəlir ki, bu sahədə istedadım yoxdur. Məndə musiqi alınır, amma yazıçılıq...Axı əsəri, necə deyərlər, yazmaq yox, yaşamaq lazımdır. Kitab yazmaq üçün əzab çəkmək lazımdır. Mən nə vaxt əzab çəkmişəm? Qastrollar, konsetlər, vallar...Mən yoxsulların yaşıyışını görməmişəm, kriminal aləmlə də tanışlığım yoxdur.
Mən insanlara illüziya bəxş edirəm. Onlara özünəhörmət duyğusunu satıram. Vəssalam. "Qostrayter" hərfi tərcümədə yazıçı-kabus deməkdir. Mənim düşünmək və səmimi danışmaq kimi bir üstünlüyüm var.
Biz nə qədər fərqli olsaq da, hamımız eyni musiqini dinləyir, eyni filmlərə baxır, "Friends" serialından olan eyni zarafatlara gülürük. Bizim hamımız eyni fast-fudlardan yeyir, hətta eyni cür geyinirik.
Xloenin boş yox, boşalmış gözləri var idi, cızıqlarla və keçmişin izləri ilə dolu olan boşalmış gözləri...Xloenin gözləri münasib qiymətə satılır...
Mənim gözlərimdə isə zir-zibil vardı. Milyonlarla lazımsız şey vardı. Mənim gözlərim Xloenin gözlərinin mebel daşıyanlardan əvvəlki halı kimi idi. Mən öz gözlərimi yığışdırıb səliqəyə salmalı idim.