📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Dostlarının evində qonaq olanda hər şey məlumdur: birinci mərtəbə qonaq otağıdır, ikincidə yataq otaqları, üçüncü mərtəbədə isə...Üçüncü mərtəbəni sənə yalnız özün xahiç edəndə göstərirlər.
Artıq başa düşdüyünüz kimi, mən "demək olar ki, yaxın Şərq"dənəm. Amma mən Yaxın Şərq yazıçılarının əsərlərindəki ataladı tərəfindən zorlanan, yaxud minaya düşüb ayağını itirən qəhrəmanlara bənzəmirəm.
Beləliklə, mən Nyu-Yorka "xəritədəki həmin qırmızı nöqtə"dən gəlmişdim və bir neçə cəhddən sonra qərara aldım ki, daha bu mövzuda danışmaq lazım deyil.Bir müddətdən sonra isə anladım ki, deyəsən, haradan gəldiyimi məndən soruşanda yoxdur. Ona görə yox ki, mən öz vətənimi sevmirdim yaxud utanırdım, yox, qətiyyən yox! Sadəcə burada həmin mözvu artıq köhnəlmişdi. Bu o qədər də vacib deyildi. Dostlarımızın hansı qan qrupundan olduğu bizim üçün necə vacib deyildirsə, insanın haralı olduğu da burada o dərəcədə vacib deyil. Axı biz heç dostlarımızın qan qrupu haqqında da fikirləşmirik.
Mən Nyu-Yorka...Necə deyim...Sonu "-stan"la bitən bir ölkədən gəlmişəm. Həmin "Stan"lardan birindən. Nyu-Yorkda hansı ölkədən gəldiyini kiməsə demək istənilən şəhərin mərkəzində bahalı bir restorana girib administratora metronun hansı stansiyasından gəldiyini bildirmək kimi bir şeydir. Axı bu onun nəyinə lazımdır? Nyu-Yorkda sənin hansı ölkədən gəldiyin, bax belə mənasız səslənir.