Aytən Zülfüqarova

Aytən Zülfüqarova
@aytnzlf
88 syf.
·
Not rated
Əsəri Dünya ədəbiyyatı imtahanına hazırlaşarkən oxudum.Xəlil Cibranın həyatı haqqında oxuduqda onun anasının bu dünyanı sevməməsi,həyata Xəlil dünyaya gəldikdən sonra qatlanmağa məcbur olduğunu gördüm.Xəlil Cübran 'Qırıq qanadlar"əsərini də anasının bu sözündən sonra ilhamlanaraq yazıb. Əsərin qısa məzmunu belədir: təhkiyəçi, yəni müəllifin özü, eyni zamanda, baş qəhrəmanlardan biri atasının köhnə dostu Faris Kəramə ilə qarşılaşır. Faris Kəramə adlı-sanlı, nüfuzlu bir adam idi. Günlərin birində Faris Kəramə onu öz evinə dəvət edir və qəhrəman burada Kəramənin qızı Səlma ilə tanış olur. Eyni yaşda olan bu iki gənc arasında ilk baxışdan sevgi yaranır. Lakin bu sevgi faciəli sonluqla bitir. Faris Kəramə könülsüz olaraq qızını arxiyepiskop Bulis Qalibin qardaşı oğlu Mənsur bəyə ərə verir. Alçaq xislətli, tamahkar və əxlaqsız Mənsur bəy Faris Kəramənin var-dövlətinə yiyələnmək və cəmiyyətdə öz nüfuzunu möhkəmlətmək barədə düşünürdü. Səlma bir insan kimi onun üçün maraqlı deyildi. Qızının bədbəxtliyi ata Kəraməni dərdə salır və çox keçmir ki, o, ölür. Məhəbbətlə məcburiyyət arasında çırpınan Səlma sevgisi yolunda ölümə aparan yolu seçir. Övladını dünyaya gətirərkən gözlərini əbədi olaraq yumur.Səlma atasının qəbrinin içində övladı ilə birlikdə dəfn olunur.Əsər qəhrəmanın Səlmanın qəbri üstündə göz yaşı axıtması ilə bitir.
Kırık Kanatlar
Kırık KanatlarHalil Cibran · Türkiye İş Bankası Kültür Yayınları · 20189.6k okunma
Reklam
160 syf.
·
Not rated
·
Read in 25 hours
Hüseyn Cavid, bildiyimiz kimi, ədəbiyyatımızda mənzum-romantik dramaturgiyanın banisi olub. 1923-cü ildə yazmış olduğu "Peyğəmbər" dramında H.Cavid tarixi şəxsiyyətlərdən bəhs edib və tarixi hadisələri qələmə alıb.. Əsər 4 pərdədən ibarətdir:Bİ'SƏT,DƏ'VƏT,HİCRƏT və NÜSRƏT. İlk pərdə "Bisət" adlanır. "Bisat" sözünün mənası "xəbər" deməkdir. Bu fəsildə peyğəmbərin həyatının insanları İslama dəvət etdiyi dövrdən bəhs olunur. İkinci pərdə "Dəvət" adlanır. "Dəvat" sözünün mənası "zəng" deməkdir. Burada Məhəmməd insanları İslamı qəbul etməyə çağırır. İkinci pərdədə Peyğəmbərin dövründəki Məkkənin ictimai mühiti təsvir olunur. Üçüncü fəsil "Hicrət" adlanır. "Hicrət" sözünün mənası "köçmə" deməkdir. Bu hərəkət Məhəmmədin Məkkədən Mədinəyə hicrətindən bəhs edir. Sonuncu pərdə "Nüsrət" adlanır. "Nüsrət" sözünün mənası "qələbə" deməkdir. Məhəmməd peyğəmbərin Qureyş üzərində qələbəsindən (624-cü ildə Məhəmmədin komandanlığı altında müsəlmanların məkkəliləri məğlub etdiyi Bədr döyüşü nəzərdə tutulur) bəhs edir. Əsər azan səsi ilə yekunlaşır. Əsər bir süjet xətti ilə irəliləyir. QEYD:Hüseyn Cavid "Peyğəmbər" dramında Məhəmməd Peyğəmbəri ideallaşdırdığı üçün SSR tərəfindən günahlandırılmışdır.
Peygamber
PeygamberHüseyn Cavid · Berikan Yayınevi · 200193 okunma
224 syf.
·
Not rated
·
Read in 8 hours
Uzun müddətdir ki,oxumaq istədiyim kitab idi.Nəhayət gün ərzində oxuyub, bitirdim. Bundan öncə Dilşad Talıbovanın
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni Yazdım
kitabını oxumuşdum və çox bəyənmişdim.
Səndən Qalan Noyabr
Səndən Qalan Noyabr
əsəri də digər əsər kimi ayrılıqdan bəhs edir.Kitabın dili çox sadə, axıcı idi.Demək olar ki,6 saat ərzində qısa aralar verərək bitirdim. Əsərdə ən çox əsəbləşdiyim "Təhmasib" obrazı oldu.Təhmasib bir oğluna qovuşub digərini yaddan çıxarır və bunun səbəbini də özün də yox,Nərmin də görür.Sonda özünün etdiyi hadisələrdən "öz fikrincə" dərs çıxarmış görünsə də,mənə görə heç də elə deyil.İllər sonra varlığından xəbərsiz olduğu oğluna qovuşsa da, varlığından xəbəri olduğu Əmir'i isə görməyə Türkiyəyə getmir və bunun səbəbini boşandığı yoldaşında görür. Ən çox bəyəndiyim obraz isə "Əli" oldu.Əli dininə,ailəsinə, dostlarına sadiq biri idi.Gücü çatdığı qədər hər kəsə yardım edirdi.
Səndən Qalan Noyabr
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 062 okunma

Reader Follow Recommendations

See All
586 syf.
·
Not rated
·
Read in 3 days
Hər kəs "Şeytanın Kitabı" kitabının insanı dindən uzaqlaşdırdığını qeyd edir.Mən də ilk 280 səhifə də belə düşünsəm də,280-ci səhifədən sonra yanıldığımı düşünürəm.Kitab da Allahın varlığı inkar edilmir,əksinə,Allah'ın var olub, dünyada olan haqsızlıqlara niyə bir əlac etməməsi bildirilir. Qaraqanın bütün kitablarını böyük həvəslə oxuyuram və oxuduğum heç bir kitabı mənə "kaş oxumazdım, və ya sadəcə vaxt itkisidir" dedirtməyib. Dini inancı, iradəsi zəif olanlara bəlkə də mənfi təsir edə bilər, amma kitab əslində, var olan inancı daha da möhkəmləndirməyə xidmət edir. Ən azından məndə belə təsir yaratdı. Özündən əmin olan hamının oxuması gərəkən, möhtəşəm bir Əsər idi.. P.s.Əsərin sonu isə fikrimcə,çooox möhtəşəm sonluqla bitir.Yusifin bir qadını ilk dəfə dərin məhəbbətlə sevməsi,Ayanın Yusifi düşünməsi və onun üçün öz həyatını belə qurban verməyə hazır olması, Mikayılın sağ olub "gizli qardaşlıq"da işləməsi və Allaha,dinə inanması. az
Şeytanın Kitabı
Şeytanın KitabıQaraqan · 2020537 okunma
448 syf.
·
Not rated
·
Read in 25 hours
Necə,haradan başlayacağımı bilmədiyim əsər oldu.Kitab çox axıcı olsa da, oxuyarkən çox düşündüyüm,tez bitirmək istədiyim kitablardan oldu. Əsərin məzmunu; Əmir və Həsən uşaqlıqdan bir yerdə böyümüş,həm süd qardaşı,həm də ögey qardaşdırlar.Əmirin anası onu dünyaya gətirərkən qanaxmadan vəfat etmiş,Həsənin anası isə doğulduqdan 5 gün sonra onu atıb
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165.5k okunma
Reklam
Reklam
Reklam