O manim xilaskarım idi. Halbuki mən onun üçün tamam yad bir məxluq idim. Mani tufanın, ac canavarların əlindən qaçırıb xilas edən zaman da kim olduğumun onun üçün heç bir əhəmiyyəti yox idi. Qəhrəmanları idarə edən duyğuların mahiyyəti onların bizi xilas etmək arzusundan yüksəkdir. Qəhramanlıq özü özlüyündə əsrarəngiz və cazibədardır. Qəhrəmanlıq özü özlüyündə həyatın gözalliyidir. Şahla boz ürgənin ölümdən xilas etdikləri mən, adi bir xudpəsənd, öz cani üçün titrəyən bir yaramaz da ola bilərdim...