Azər

Nə vaxtsa çoxdan eşitmişəm ki, hamı bizə nifrət edir. Niyə? Nəyə görə? Sən bilirsən?.. Mən bilmirəm. Amma bəlkə bu kitablar gözümüzü açar! Bəlkə, heç olmasa onlar eyni dəhşətli səhvləri təkrar-təkrar buraxmaqdan qoruyar!
Sayfa 96·Kitabı okudu
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Əgər bu kitablarda nəsə ağıllı-başlı bir şey varsa, bütün bu xaosa aydınlıq gətirəcək bir şey tapacağıqsa, bəlkə, onu başqalarına da ötürə bilərik.
Sayfa 88·Kitabı okudu
Bir də kitablar barədə fikirləşmişəm. Onda birinci dəfə anladım ki, hər bir kitabın arxasında insan dayanır. İnsan düşünüb, düşüncələrini cilalayıb. Onları kağıza köçürmək üçün hədsiz vaxt sərf edib. Halbuki bütün bunlar əvvəllər heç ağlıma da gəlməyib.
Sayfa 70·Kitabı okudu
Əgər o qadın yanan evdən çıxmaqdan imtina edibsə, yəqin ki, bu kitablarda bizim təsəvvür belə edə bilməyəcəyimiz nəsə var. Yəqin, nəsə var! İnsan heç nədən ölümə gedən deyil!
Sayfa 69·Kitabı okudu
9/10
·383 syf.··
2021 1. kitabı
·
7 günde okudu
·
Okunma: 22 Mart 2021 02:59
1984 antiütopiya janrında oxuduğum ilk kitab oldu. Açığı, kitabı oxumamışdan öncə bu janr haqqında heç bir təsəvvürüm yox idi. Oxuduqdan sonra siz də anlayacaqsınız. Kitabı bəyəndim. Dili mükəmməldir. Yazıçı öz fikirlərini asanlıqla və çox gözəl şəkildə çatdıra bilir. Bu yolla kitab sizi özünə çəkir. Kitabdakı fikirlər oxucunu düşündürür. Özünüzü baş personajın yerinə qoyur, onun özünə verdiyi sualları siz də özünüzə verirsiniz. Sorğulayırsınız. Onun yaşadığı hissləri siz də yaşayırsınız.
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,4bin okunma