Azər

Puan vermedi·330 syf.··
2026 6. kitabı
·
31 günde okudu
·
Okunma: 24 Mayıs 2026 03:15
hayıf mənim sənə ayırdığım vaxtıma, hayıf. heç gərək yox idi də belə bir şeyə. təkcə melody gardot’u kəşf etməyimi saymasaq, bir xeyir əldə elədiyimi düşünmürəm.
Kardeşimin HikayesiZülfü Livaneli · Doğan Kitap · 2019126,4bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·120 syf.··
2026 3. kitabı
·
8 günde okudu
·
Okunma: 04 Şubat 2026 01:53
kitab bukowskinin 91-93 cü illər arası gündəlik yaşamından yazdığı qısa mətnlərdən ibarətdir. bir növ gündəlik tərzi. daim oxumağa öyrəşdiyim həmin o davakar, dəliqanlı bukowskini görə bilmədim kitabda. burda artıq cavanlıq öz yerini yaşlılığa verib, həmin o coşqun adam yelkənlərini endirib, özünü "yaşlı osuruk" adlandırır. ölümdən də çox danışır. hər nə qədər ölümdən qorxmadığını desə də, yazılarında ölüm haqqındakı düşüncələrinə çox yer verib. nəme, dünyadı da. canım ay bukowski.
Kaptan Yemeğe Çıktı ve Tayfalar Gemiyi Ele GeçirdiCharles Bukowski · Parantez Gazetecilik ve Yayıncılık · 20181,446 okunma
Spoiler
10/10
·244 syf.··
2023 22. kitabı
·
21 günde okudu
·
Okunma: 25 Aralık 2023 16:01
Maraqla, hər bir cümləsini ehtiyyatla oxuduğum kitablardan biri oldu ki, bu cür həvəslə oxuduğum kitab sayı azdır. Doğrusu nə vaxtsa adını eşitdiyim üçün "yəqin yaxşı olarda" deyib kitabxanadan təsadüfən seçdiyim bir kitab idi və məğzindən xəbərdar deyildim. Əsərə marağımı oyadan ən önəmli personaj Bazarov oldu. Onun nihilist olması mənim üçün gözlənilməz idi və bu xırdaca məqam kitabdan gözləntimi birə beş artırdı. "Turgenev, bura kimi yaxşı gətirmisən, xahiş edirəm axırın zay eləmə" deyirdim istəmsizcə. Sağolsun o da məni məyus etmədi və sonluğu da bəyəndim. Ümumiyyətlə, bir çox məqamı ilə həyəcanlandıran kitab idi. İstər Bazarovun Feniçka ilə gizli münasibəti, istər Pavel Petroviç ilə duelləri, çox şey ürəyin istəyən idi. Əslində bütün bu hadisələrə maraq qatan Bazarovun özü idi. Nihilistlər ilə liberalların qarşıdurması da çox gözəl əks olunmuşdu. Hamının qarşısında aciz olduğu, söz çatdıra bilmədiyi nihilist Bazarov tək bir qüvvənin qarşısında aciz qaldı, onu inkar edə bilmədi: Sevgini. Bir daha sevginin insanın ən gücsüz, ən zəif tərəfi olduğunu xatırlatdı Turgenev. Nihilist olsanız belə.
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,8bin okunma
Ayıq başla oxumayın
8/10
·104 syf.··
2023 13. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Haziran 2023 00:41
Olsa şərab, mütrüb, bir gözəl canan, Bir axar su olsa, bir də gülüstan. Bu əsl cənnətdir, cəhənnəm sözü, Boş sözdür, inanma ona heç zaman. Fikrimcə bu rübai Ömər Xəyyam haqqında çox söz deyir. Az dostu olan, insanlarla işi olmayan, təbiəti, şərabı, gözəlləri, gözəlliyi sevən bir insan olub Ömər. Hər nə qədər öz rübailərində meydən çox söz açsa da, israrla "mən içirəm, sən də iç" desə də, əyyaş olmayıb. Əgər kiməsə bir yanlışım olmayıbsa, mən o dünyada qıldan körpüdən sərxoş ikən gözü yumulu da keçərəm zehnində olub. Rübailərinin bir çoxunu bəyəndim, təkrar-təkrar oxuyub feyziyab olmaq olar. Sadəcə, mey barədə çox yazdığını düşünürəm, bir vaxtdan sonra təkrarçılıq kimi olur.
RübailərÖmer Hayyam · Lider Nəşriyyat · 200427,8bin okunma
8/10
·141 syf.··
2023 9. kitabı
·
51 günde okudu
·
Okunma: 04 Nisan 2023 01:35
Öncəliklə deməliyəm ki, kitabın ad seçimi çox uğurludur və elə mən də kitabı məhz adına görə oxudum, yazıçını daha əvvəl tanımırdım. Yazıçının dilini çox bəyəndim, kitab axarlıdır. Əvvəl yavaş tempdə ilərləsə də sonlara doğru işlər qızışır. Bildirmək istəyirəm ki, kitabın özünə məxsus doğmalığı var. İstər baş qəhrəmanımız, istər Cengiz, istərsə də 41 barı, bir sözlə əsər obrazlarından məkanlarına kimi oxuduqca çox doğmalaşır. Dedektiv janrında əsərləri oxumağı çox sevməsəm də bu əsəri bəyəndim və davam kitabını da oxuyacağam.
Beş Parasızdım ve Kadın Çok GüzeldiDerviş Şentekin · Kırmızı Kedi Yayınevi · 2022605 okunma