Şiir
Şiir

Elə adam olur ki...

Elə adam olur ki...
Dəyməyin, bu həyatın incidib küsdürdüyü adamların xətrinə. Dəyməyin, bu həyatın canından bezdirdiyi adamların xətrinə. Elə adam olur ki, kənardan izləyəndə gülə-gülə yaşayır. Yaxınlaşıb baxırsan, ölə-ölə yaşayır. Elə adam olur ki, yarı yolda qoyanı kürəyində daşıyır. Elə adam olur ki, gözündə ölənləri ürəyində daşıyır. Elə adam olur ki, Tanrıdan da yalnızdır, yanında biri olmur. Elə adam olur ki, Vidalaşıb gedirsən, getməyə yeri olmur...