Hə, dörd ay; ağızda deməyə nə var ki: adi bir söz kimidir! Deməyə nə var ki: dörd ay, cəmi ikicə söz. Bu sözləri yarımca anın içində tələffüz etmək nə çətinmiş ki: dörd ay! Ancaq məkansız, zamansız bir şəraitdə vaxtın necə gec keçdiyini heç kəs təsvir edə bilməz, heç kəs ölçə bilməz, heç kəs canlandıra bilməz; nə başqası üçün, nə də özü üçün..