1000Kitap
1000Kitap

Suya gedən qızlar dönür, Yalqız qalır bulaqlar.

Suya gedən qızlar dönür, Yalqız qalır bulaqlar.
Dərsliklərimiz yaman gündədir. Mən onları vərəqləyəndə dəhşətə gəlirəm. Bu barədə dəfələrlə yazmışam.Ədəbiyyat dərsliklərində elə şeirlər var ki, vallah, adam az qalır dəli ola. Fikir verin: Neftdən olur qaz, benzin, Neftdən olur kerosin. Nə vaxtacan balalarımıza bu cür mənasız məlumat verən şeirlər öyrədəcəyik? Bir vaxt mən təklif etdim ki, ibtidai siniflər üçün dərsliklərə A.Səhhət, A.Şaiq, M.Ə.Sabir, Ə.Cəmil kimi uşaq ruhunu və uşaq psixologiyasını bilən sənətkarlar salınsın. Bu şairlərin şeirləri o qədər gözəl və sadədir ki, uşaqlar bircə dəfə oxuyan kimi yadlarında qalır. Əhməd Cəmilin “Kənddə bahar axşamı” adlı olduqca gözəl bir şeiri var. Son misraları belədir: Suya gedən qızlar dönür, Yalqız qalır bulaqlar. Bu gözəllikdə şeir hələ indiyə kimi dərsliyə salınmayıb. Dərsliklərə uşaqlarda bədii-estetik duyğular oyadan şeirlər salmaq lazımdır. Böyük dahilər nahaq yerə deməyiblərki, dünyanı gözəllik xilas edəcək.