Mən bu həyatı, insanları anlamaqda çətinlik çəkirəm. Bəlkə də, hər birimiz özümüzə qayıtmalı, acı da olsa, həqiqətdən qaçmamalıyıq, istədiyimizi deyil, özümüzə məxsus olan taleyi tapmalıyıq. Onu tapandan sonra isə bütün varlığımızla ona təslim olmalı, aqibətimizi də şəksiz-şübhəsiz qəbul etməliyik... Bəli, şəksiz-şübhəsiz...
Sevdiyimiz talelərin arxasıncayıq, ona görə də öz həyatımızdan məmnun olmuruq. Gözümüz onun bunun həyatındadır...