Allahın insan üçün cızdığı kamillik yolunun hüdudu yoxdur, buna görə də Yaradan insanı həmin yola uyğun şəkildə yaradıb və ona heç nə ilə qane olmayan bir ruh verib.
Ağıl-bədən əlaqəsinə dair problemləri sadəcə nəzarətsiz və şüursuz proseslərin meydana gətirdiyi şüursuz bədəndə “əmələ gələn” ağıllı şüurun həll edəcəyinə inanmalıyıqmı?
Şəxsən etiraf etməliyəm ki, “həqiqət” deyə bir şeyin olmadığını iddia edənlərin məndən də onların bu iddiasını həqiqət kimi qəbul etməyimi gözləmələri mənə qəribə gəlir.
Ata və ana övladlarını tərbiyə etdiyi zaman həqiqətdə peyğəmbərlərin missiyasını yerinə yetirmiş olurlar, çünki ilahi peyğəmbərlərin vəzifələrindən biri də insanları tərbiyələndirmək, onları düz yola yönəltmək olub.