Shahana

Shahana
@bbabazadehss
Türk qanlı, İslam imanlı, Avropa qiyafəli
Geography teacher
Baku State University, SABAH groups
Bakı, 11 Ekim
5 kütüphaneci puanı
117 okur puanı
Eylül 2019 tarihinde katıldı
Puan vermedi·440 syf.··
Beğendi
·
2026 3. kitabı
·
107 günde okudu
·
Okunma: 06 Şubat 2026 10:41
Kitab hamiləliyi aylar üzrə təsvir edir, həmçinin doğum və ondan sonrakı proseslər barədə də müəyyən qədər məlumat verir. Burada ana namizədləri üçün çox dəyərli informasiya və tövsiyələr var, dili də aydındır, mən tələsmədən, aramla oxudum. Sadəcə bəzi məqamlar var ki, Amerika sisteminə uyğun təhlil olunur və Azərbaycan üçün aktual deyil (müəlliflərin amerikan olduğunu nəzərə alsaq, təəccüblü deyil). Ümumilikdə bu periodda “Nə yaxşı ki, oxudum!” dediyim kitab oldu.
Sağlam Hamiləlik KitabıMartha Sears · Teas Press · 20194 okunma
Reklam
10/10
·336 syf.··
Beğendi
·
2025 2. kitabı
·
12 günde okudu
·
Okunma: 08 Şubat 2025 18:14
Rövşən Abdullaoğlu kitabları həmişə həm insanın düşüncəsinə, həm də ruhuna xitab edir. Müəllifin bir neçə əsərini mütaliə etmişəm, onlardan Relslər Üzərinə Uzanmış Adam, burada boşnakların başına gətirilənlər, Adriana və Əminin hekayəsi mənə daha çox təsir etmişdi. Bu kitab da müharibə mövzusundadır: I Qarabağ müharibəsi barədə. 2020-ci ildə baş verən hadisələrdən sonra Qarabağ məsələsi məni daha çox təsirləndirir, ona görə də kitabı oxuduqca bəzən gözyaşlarımı saxlaya bilmirdim. Çox məsələni araşdırdım, çox məsələ barədə suallar yarandı beyinimdə. Onu da qeyd edim ki, hadisələrin bir qismi 80-cı illərin Əfqanıstanında təsvir edilir, müəllifin uğurlu təhkiyəsi ilə Qarabağ müharibəsinə bağlanır. Müəllif Qarabağ müharibəsində iştirak etmiş real və xəyali qəhrəmanların hekayəsi ilə qəlblərimizdə onlara qarşı təşəkkür hissini daha da alovlandırır. Nə yaxşı ki, müasir ədəbiyyatımıza belə bir dəyərli əsər qazandırıb Rövşən bəy.
KoramalRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 0203 okunma
9/10
·180 syf.··
Beğendi
·
2024 3. kitabı
·
8 günde okudu
·
Okunma: 02 Nisan 2024 19:47
Kitabı Qanun nəşriyyatının endirimləri zamanı cəmi 1 manata almışam. Məni ən çox adı və üz qabığındakı şəkil cəlb etmişdi. Yaxşı ki, əldə etmişəm. Əsərdə macar şəhəri Keçkemetə bələdiyyə sədrinin seçilməsi və sədrin şəhəri talançılardan qoruma cəhdləri, bu yolda Osmanlı sultanından ənam kimi kürk almağı, daha sonra onun və Keçkemetin başına gələnlər təsvir edilir. Maraqlı, bəzi hissələrdə əyləncəli, bəzi hissələrdə isə düşündürücü kitab idi.
Danışan KürkKalman Mikszath · Qanun Nəşriyyatı · 201713 okunma
8/10
·152 syf.··
2023 10. kitabı
·
4 günde okudu
·
Okunma: 16 Ağustos 2023 14:11
Keçən il Bakıda keçirilən Beynəlxalq Kitab Sərgisində türk stendlərindən birində görmüşdüm kitabı və adı diqqətimi çəkdiyi üçün almışdım. Avropanın XIV əsr tarixinə nəzər salan kitab 3 hissədən ibarətdir. "Bu, dünyanın sonu muydu?" adlı ilk bölmədə həmin əsrdə qitədə tüğyan edən qıtlıq və yoluxucu xəstəliklər (cüzam, vəba) haqqında məlumat verilir. Bu bölmə mənimçün daha maraqlı oldu. Kitabın qalanında isə XIV əsrdə Avropada baş verən müharibələr, maliyyə böhranı və kilsədə xaos haqqında danışılır. Tarixlə maraqlananlar üçün uyğun kitabdır. Xoş mütaliələr :)
Tarih
Orta Çağ Avrupasında Ölümle DansPınar Ülgen · Yeditepe Yayınevi · 202271 okunma
Mükəmməllik yalnız Allaha məxsusdur!
10/10
·152 syf.··
Beğendi
·
2022 35. kitabı
·
4 günde okudu
·
Okunma: 31 Aralık 2022 19:54
Daha yaxşı, lap yaxşı, ən yaxşı! Yəqin ki, hər birimiz həyatımızda ən azı bir dəfə heç zaman qane olmayan, daha yaxşısına can atan, buna görə psixoloji cəhətdən gərgin olan, heç bir işi bəyənməyən, daim etməli olduqlarına görə təşviş keçirən, andan həzz ala bilməyən, özünün, həm də başqalarının həyatını zəhərləyən mükəmməlçilərlə qarşılaşmışıq. Bəs həmişə hər şeyin yaxşısını istəmək, "ən yaxşı versiya"nı ortaya qoymaq niyə pisdir ki? Zəhra xanım kitabında real situasiyalarla bu sualı ətraflı şəkildə izah edir, mükəmməlçiliyin hər yönünü izah edir. Kitabı oxuduqca hər səhifə, hər sətir, hər vəziyyət beynimdə müxtəlif tanışlarımın portretini canlandırırdı. Zənnimcə, mükəmməlçilik problemi hər kəsçün aktualdır və bu baxımdan kitabı oxumağa dəyər.
Psikoloji
Daha Yaxşının ZiyanlarıZəhra Hüseynzadə · Parlaq İmzalar · 202229 okunma
Reklam