Bəziləri bunu, bu həngaməni, ümumiyyətlə, dünya işlərinin "çəlpəşik" düşməsi ilə, bəziləri Allahın günahkar bəndələrə keçən qəzəbi ilə, çoxları isə bəylərin, böyüklərin qudurğanlığı ilə izah edirdi. Bunların hansının düz olduğunu düşünüb müəyyən etməyə vaxt da yox idi. Bir-birini təqib edən, bir-birindən sərt və nagahani görünən hadisələr ara vermirdi.
İndi isə özünü olduğu kimi qəbul etmiş olsaydı həyatın necə ola biləcəyi haqda düşünürdü. Etdiyi bütün səhvləri qəbul etsəydi. Bədəninin hər bir cizgisini olduğu kimi sevsəydi. Nail ola bilmədiyi hər bir arzusunu və ya yaşadığı hər bir acını qəbul etsəydi...
Olmuşdurmu ki, candan əziz, ömür-gün dostunu, uşaqlıq, gənclik yoldaşını, sevinc, kədər yoldaşını, qəlb sirdaşını arzulamısan, axtarmısan? Axtarmısan, lakin sizi ayıran zaman, məkan, məsafə və hər hansı bir maneə görüşə həsrət qoymuşdur.