Bəzən çox incə qısa həcmli bir kitab sanki 300 səhifəlik kitab təsiri bağışlayır, öyrətdikləri ilə, demək olar, həyatın hər yönünə dair incə nüanslara toxunması ilə.. Bu kitab da məhz həmin kitablardan idi, hər cümləsi beyinə həkk edilməli️.
Dəyərli psixoloq Doğan Cüceloğlu'ndan oxuduğum ilk kitab "Varmısın"dan sonra qərar vermişdim mütləq bu kotabıda oxumağa. Yaxşı ki, bu şansa sahib oldum. Hər bir valideynin və ya valideyn olmağa hazırlaşan oxucunun öyrənə biləcəyi bir çox dəyərli bilgiləri əks etdirir bu kitab. Mütləq oxunmalı məncə.
Bu kitabdan o qədər şey öyrənmək mümkündür ki.. İnsanın özünü ən sadə şəkildə psixoloji təhlil etməsinə kömək edir. Pislikləri, pis olduğunu düşündüyümüz insanları anlamağımıza, səbəblərini başa düşməyimizə yön verir. Çox faydalı oldu.